• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Hər şey yaxşıdısa, yeni müqaviləyə niyə qol çəkməyək?!" - Vernidub

Ölkə futbolu

28-06-2026, 14:0

“Neftçi"nin baş məşqçisi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlama verib.

"Football-plus.az" xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə təlim-məşq toplanışının ilk mərhələsini dəyərləndirib:

“Elə alındı ki, biz Konfrans Liqasına ikinci mərhələdən başlayacağıq. Ona görə də oyunlarımız 23 və 30 iyul tarixlərində olacaq. Bu səbəbdən daha çox vaxtımız oldu və biz 8 günlük mikro tsiklimizə iyunun 20-də Bakıdakı təlim-məşq bazamızda başladıq. Təlim-məşq toplanışı keçdik. Düşünürəm ki, hər şey istədiyimiz kimi alındı. Futbolçularla yaxşı işlədik. Əsas fundamentimizi elə qoyduq ki, işimizi davam etdirə bilək. Hər şey yeni başlayır. Toplanışın ilk mərhələsinin sonuncu günündə ikitərəfli oyun keçirdik. Birgünlük istirahətin ardından iyunun 29-da iki həftəlik təlim-məşq toplanışı keçmək üçün Sloveniyaya gedəcəyik. Orda isə daha çox texniki-taktiki gedişlər üzərində işləyəcəyik, oyunlar keçirib heyət formalaşdıracağıq. Sloveniyada 4 yoxlama matçı təşkil edəcəyik. İyulun 14-də geri qayıdacağıq. Daha sonra bir həftəlik mikro tsikldə ilk rəsmi oyunumuza hazırlaşacağıq”.

O, yay transfer dönəmində komandamıza cəlb olunmuş futbolçular haqda təəssüratlarını bölüşüb:

“Mən dekabrda “Neftçi”yə gələndən sonra biz çempionatın ilk hissəsini başa vurub təlim-məşq toplanışı keçmək üçün Əbu-Dabiyə getdik. O vaxtdan heyəti gücləndirmək üçün çalışmağa başladıq. Bilirdik ki, bizə yeni nəfəs lazım olacaq. Ona görə də geridə qalan 5-6 ay ərzində axtarışda idik. Bu müddətdə çalışan skautlarımıza da minnətdaram. Onlar əllərindən gələni etdilər ki, bu futbolçuları tapıb gətirsinlər, komandamızı gücləndirsinlər. İnanıram ki, bu transferlər bizi daha da gücləndirəcəklər. Onlar yaxşı transferlərdi. Məsələn, Rüfət Abbasov gənc oyunçudu, millinin də üzvüdü. Onunla hər şey yeni başlayır. Biz birlikdə çalışacağıq. Bildiyimə görə “Neftçi”nin yetirməsidi. Qravilyon da yaxşı mərkəz müdafiəçisidi. Həm sağ tərəfi, həm də, eyni zamanda, altılığı və səkkizliyi bağlaya bilər. Fikrimcə, yaxşı güclənmişik. Hücuma gəlincə, Klisman kollektivə çox yaxşı qatıldı. Onunla 8 gün çalışdıq və gördüm ki, çox peşəkar insandı. Zəhmətkeş və öz üzərində işləyəndi ki, biz də elə bunu istəyirdik. Həmçinin Lyubomir Tupta elə hücumçudu ki, bütün cəhbə boyunda – həm vinger, həm mərkəz hücumçusu, hətta “10” və “8” nömrə kimi də oynaya bilər. İstəyirəm ki, bizim futbolçuların profili geniş olsun. İstəmirik ki, sadəcə sol cinah müdafiəçisi olsun. Hər mövqedə oynamağı bacarmalıdılar və lazım olanda bunu etməlidilər. Onlar da istənilən mövqeni bağlamağa hazırdılar. Düşünürəm ki, yeni transferlərimiz yaxşı futbolçulardı, “Neftçi”ni gücləndirəcəklər və onlarla birlikdə qarşımızda duran hədəflərə çatacağıq”.

Yuri Vernidub transfer işləri və “Neftçi” ilə icarə müddəti başa çatmış Freddi Varqasın mümkün keçidi ilə bağlı məlumat verib:

“Hər gün işləyirik. Bizim çox yaxşı seleksiya şöbəmiz var. Onların işləri çoxdu, hər gün çalışırlar. Bizə yeni-yeni təkliflər göndərirlər, biz isə baxırıq, seçirik. Bu planda hər şey çox gözəldi. Seleksiya xidmətinin yüksək səviyyədə olmasından çox razıyam. Freddi Varqasa gəlincə, bilirsiniz ki, bizdə icarədə idi, amma icarədən sonra məxsus olduğu İsrail klubuna qayıtdı. Bəzi məsələlərlə bağlı suallar var, amma biz yenə də gözləyirik. Klub rəhbərliyimiz bu məsələ üzərində çalışır. Mümkündü ki, hər şey istədiyimiz kimi alınsın və Varqas geri qayıdıb əvvəlki kimi komandamıza kömək etsin. Xüsusilə son 9 oyunda hücumçu mövqeyində oynayırdı. Düşünürəm ki, bununla heyətimiz daha yaxşı güclənmiş olar. İndi bu barədə başqa bir şey deyə bilməyəcəyəm, amma klub rəhbərliyi bu məsələ üzərində çalışır”.

Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına da münasibət bildirib:

“Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, hər şey yaxşıdısa, yeni müqaviləyə niyə qol çəkməyək?! Burda məni hər şey qane edir. Bakı gözəl şəhərdi. Azərbaycan çempionatı heç də pis deyil, hətta deyim ki, güclü çempionatdı. Komandalar qarşılarına ən yüksək hədəfləri qoyurlar. Bu mənim üçün çox maraqlıdı. Çox yaxşı layihədi. Mən də dərhal razılıq verdim. Yeni müqavilə və göstərilən etimada görə klub rəhbərliyinə bir daha təşəkkür edirəm. Bilirsiniz ki, 1 illik müqaviləm var idi, artıq anlaşma müddəti 2 illikdi. Buna görə də məşqçi heyəti və futbolçularla birlikdə daha çox çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun. Bu da, bilirsiniz ki, ən yüksək mövqelərdi”.

Baş məşqçi böyük dəstəyə görə azarkeşlərə təşəkkür edib:

“Ağlasığmaz dəstəyə görə azarkeşlərə minnətdaram. Çempionatda bizə çox böyük dəstək verdilər. Onlarsız bizim üçün çox çətin olardı. Bununla belə, istərdim ki, bizi daha çox dəstəkləsinlər, oyunlarımıza gəlsinlər. İstərdim ki, “Neftçi”nin stadionu həmişə tam dolsun. Həqiqətən də, tribunalarda çox adam olanda, hamı bizim kluba azarkeşlik edəndə çox gözəl olur. Hər kəs üçün çox maraqlı olur. Ötən mövsümə görə azarkeşlərə bir daha təşəkkür edirəm və yeni mövsümdə daha da yaxşı olmaqlarını diləyirəm. Bizim matçlara gəlin, biz də əlimizdən gələni edəcəyik ki, sizin üçün maraqlı və sevincli olsun”.

Paylaş:
Digər xəbərlər

İdman

24-06-2024, 20:0

Millimiz təlim-məşq toplanışının ikinci mərhələsinə başladı

Ölkə futbolu

20-06-2026, 10:0

"Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə

Ölkə futbolu

2-07-2025, 16:0

"Bu təlim-məşq toplanışının bizə çox köməyi olacaq" - Siyasət Əsgərov

İdman

6-06-2025, 13:0

Millimiz təlim-məşq toplanışı keçəcək

İdman

17-05-2025, 15:0

Millimizin təlim-məşq toplanışı başa çatdı

Ölkə futbolu

21-07-2023, 17:0

“Araz-Naxçıvan” Qəbələdə təlim-məşq toplanışı keçirəcək

Aktual
Tovuzda tribunalar dolmadı - niyə?
Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Son xəbərlər
  • Bu gün, 23:12
    Böyük məbləğ vəd edilsə də, "Neftçi"dən getmərəm" - Yuri Vernidub
  • Bu gün, 22:58
    "Neftçi" və "Zirə" qalib gəldi - YENİLƏNİB
  • Bu gün, 22:28
    İngiltərədən Portuqaliyaya yollandı
  • Bu gün, 21:53
    “Milan”ı tərk etməli olacaq
  • Bu gün, 21:22
    İspaniya klubunda gürcü futbolçu
  • Bu gün, 20:51
    "Zirə" - "Şəfa": START HEYƏTLƏRİ
  • Bu gün, 20:27
    Serbiya klubunda yeni təyinat
  • Bu gün, 19:56
    Londondan Madridə yollandı
  • Bu gün, 19:25
    Tovuzda tribunalar dolmadı - niyə?
  • Bu gün, 18:56
    "Qarabağ"ın rəqibi ilk qələbəsini qazandı
  • Bu gün, 18:27
    “Sabah” və “Qarabağ”ın oyunları təxirə salındı
  • Bu gün, 17:56
    "Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ
  • Bu gün, 17:25
    Doğma klubuna qayıtdı
  • Bu gün, 16:54
    "Sabah" - "Hapoel" matçının biletləri satışa çıxarıldı
  • Bu gün, 16:23
    Yalnız iki azərbaycanlı oynadı, ölkə qarışdı – “Ona görə də hələlik gözləyək”
  • Bu gün, 15:52
    AFFA-nın baş katibi "Sabahın Ulduzları" yarışında
  • Bu gün, 15:31
    Niderlanda yollanacaq
  • Bu gün, 15:00
    İki boksçumuz 1/4 finalda - Avropa çempionatı
  • Bu gün, 14:29
    Milandan Turinə yollana bilər
  • Bu gün, 13:58
    "Yeni mərhələyə başlamağın vaxtıdı" - Zubir
  • Bu gün, 13:27
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 133
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 123
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə