“Səbail”dən yeni transfer

27.06.2026 18:52 24
Ölkə futbolu
“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi Bahadur Həziyevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Bahadur Həziyev əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub. Onun son klubu "Mingəçevir" olub.