“Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?

28.06.2026 21:56 210
Ölkə futbolu / Manşet
Konfrans Liqasına vəsiqə qazansa da, məlum səbəbdən yerini “Zirə”yə verən “Turan Tovuz” azarkeşlərinin könlünü almaq üçün maraqlı təşəbbüs irəli sürüb. Belə ki, Qərb təmsilçisi yoldaşlıq oyununda Türkiyə nəhəngi “Fənərbaxça”nı qonaq etmək istəyir.

“Football-plus.az” oyunun nə vaxt keçiriləcəyini öyrənmək üçün “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladı:

“Yoldaşlıq oyunun keçirilməsi ilə bağlı klub rəhbərliyi tərəfindən "Fənərbaxça"ya edilən müraciət müsbət qarşılanıb. Oyunun Tovuzda keçirilməsi ilə bağlı da razılıq əldə olunub. Müəyyən təşkilati işlər var ki, onları həll edəcəyik. Dəqiq tarix məlum olan kimi rəsmi açıqlama verəcəyik”.

Bizdə olan bilgiyə görə, bu oyunun Millətlər Liqasının oyunlarına görə çempionatda yaranan fasilə zamanı, yəni sentyabrın sonunda keçirilməsi gözlənilir.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul