''Bursaspor'' ''Fənərbaxça''nın sabiq üzvünü transfer etdi

28.06.2026 21:30 26
Dünya futbolu
Bu yay həmyerlimiz Toral Bayramovu heyətinə qatması ilə diqqət çəkən və qarşısına superliqaya yüksəlmək hədəfi qoyan Türkiyənin 1-ci liqa təmsilçisi ''Bursaspor'' heyətini gücləndirməkdə davam edir. ''Timsahlar'' ''Fənərbaxça''nın sabiq üzvü Linkoln Enrikenin keçidini tamamlayıblar. Bursa klubu Portuqaliya təmsilçisi ''Alverka''ya 2 milyon avro ödəməklə bu futbolçunun haqlarının 70 faizinə sahib çıxıb. Türkiyə mətbuatının yazdığına inansaq, tərəflər arasında ''2+1'' illik müqavilə imzalanacaq. 27 yaşlı solaxay futbolçu Türkiyədə ilk dəfə ''Çaykur Rizəspor''da forma geyib. O, 2022-25-ci ''Fənərbaxça''ya məxsus olsa da, yalnız ilk mövsümü İstanbul nəhəngində keçirib. Sonrakı illərdə ''Braqantino'' və ''Hall Siti''də oynayıb. Ötən mövsüm şərəfini qoruduğu Portuqaliyanın elita təmsilçisi ''Alverka''da 32 rəsmi oyuna çıxaraq aktivinə 2 qol, 6 məhsuldar ötürmə yazıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul