"Turan Tovuz" Türkiyəyə nə vaxt qayıdacaq?

28.06.2026 19:17 19
Ölkə futbolu
"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub

"Football-plus.az" xəbər verir ki, komanda iyulun 4-də təlim-məşq toplanışının ilk mərhələsinə start verəcək.

Hazırlığın 2 həftəlik birinci mərhələsi Ankaranın Qızılcahamam bölgəsində baş tutacaq.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Boluda həyata keçiriləcək.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.