"Sabah" bu gün "Ferentsvaroş"la qarşılaşacaq

28.06.2026 15:51 15
Ölkə futbolu
“Sabah" bu gün Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxacaq.

Valdas Dambrauskasın komandası Macarıstan təmsilçisi “Ferentsvaroş”la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Bu, Bakı klubunun Avstriya toplanışında ikinci yoldaşlıq oyunu olacaq. “Sabah” ilk matçında Rumıniyanın “Universitatya” komandası ilə 1:1 hesablı heç-heçə edib.

Hazırlıq prosesi başa çatana qədər Azərbaycan təmsilçisini daha bir yoxlama görüşü gözləyir. “Sabah” iyulun 1-də Ukraynanın “Polessye” klubu ilə qarşılaşacaq.