"Zirə" özbəklərə uduzdu

27.06.2026 21:51 20
Ölkə futbolu
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun komandası Özbəkistan təmsilçisi “Novbahor”la qarşılaşıb. Matç rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində Yeqor Boqomolski fərqlənib.

Xatırladaq ki, "Zirə" hazırlıq prosesi çərçivəsində Bakıda "Qarabağ" ilə qarşılaşıb, 3:4 hesabı ilə uduzub. Komanda 1 iyulda növbəti yoxlama matçına çıxacaq.