4 təmsilçimizdən 3-ü qalib gəldi! - Fiziyevdən möhtəşəm nakaut

27.06.2026 23:15 12
İdman
“UFC Fight Night Fiziev vs Torres” tədbiri davam edir. İlkin döyüşlərdən sonra əsas kartlara start verilib.

“Football-plus.az” xəbər verir ki, bu mərhələdə 4 döyüş keçirilib.

Orta çəkidə Abus Maqomedov – Mixal Olekseyçuka, İkram Aliskerov – Brunno Ferreyraya qalib gəlib.

Super yüngül çəkidə Asu Almabayev – Çarliz Consonu məğlub edib.

Yüngül çəki döyüşündə isə Nazim Sadıxov – Mateus Kamiloya məğlub olub.

Günün 2-ci əsas kartı Şarabutdin Maqomedov Mişel Perreriaya qalib gəlib.

Günün döyüşündə Rafael Fiziyev Manuel Torreslə qarşılaşıb. Azərbaycanlı döyüşçü 2-ci raundda rəqibini məğlub edib.

Beləliklə, 4 həmvətənimizdən 3-ü qalib gəlib.