Futbol üzrə dünya çempionatında dünən gecə və bu gün səhər saatlarında daha üç oyun keçirilib.
Norveç İraqı, Argentina Əlcəzairi darmadağın edib. Avstriya İordaniyaya qalib gəlib. Het-trik edən Messi DÇ tarixinin bombardirləri siyahısında Miroslav Klozeyə çatıb. Hər birinin hesabında 16 qol var. Kriştiano Ronaldo indiyə qədər 15, Kilian Mbappe isə 14 qol vurub.
Bu gün saat 21.00-da K qrupunda Portuqaliya millisi ilk oyununu keçirəcək. Bu yığma Konqo ilə münasibətlərə aydınlıq gətirəcək.
İraq – Norveç 1:4
Aymen Hüseyn, 39 – Erlinq Holann, 29; 43. Leo Estiqor, 77. Aymen Hüseyn, 90+6-öz qapısına.
Argentina – Əlcəzair 3:0
Lionel Messi, 17; 60; 76.
Avstriya – İordaniya 3:1
Romano Şmid, 21. Yazan Əl-Ərəb, 76-öz qapısına. Marko Arnautoviç, 90+12-p. - Əli Olvan, 50.