Messi ilin ən yaxşısı seçildi

4.01.2023 17:36 308
Dünya futbolu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

"Football-plus.az" qurumun saytına istinadən xəbər verir ki, bu, Argentina millisinin kapitanı, PSJ-nin futbolçusu Lionel Messi olub. 35 yaşlı hücumçu səsvermədə 275 səs toplayıb və bütün rəqiblərini qabaqlayıb. İkinci yeri Messinin PSJ-dəki komanda yoldaşı Kilian Mbappe tutub, üçüncü yerə isə “Real”ın hücumçusu Kərim Benzema layiq görülüb.

Xatırladaq ki, 2021-ci ildə bu ada polşalı Robert Levandovski sahib çıxmışdı.

Lionel Messi (Argentina, PSJ) – 275 səs

Kilian Mbappe (Fransa, PSJ) – 35 səs

Kərim Benzema (Fransa, “Real”) – 30 səs

Luka Modriç (Xorvatiya, “Real”) – 15 səs

Erlinq Haland (Norveç, “Mançester Siti) – 5 səs