Misli premyer-liqasının 32-ci turunda “Sumqayıt” “Zirə” səfərindən xalsız ayrıldı - 1:2.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların məşqçisi Veliçko Kaplanoviç media önünə çıxıb.
- “Zirə”ni təbrik edirəm. Gənc oyunçularla oynadıq. Onlar üçün təcrübə oldu. Xal da qazana bilərdik. Maksimumu oynadıq. Pis nəsə deyə bilmərəm.
- 6 və ya 7-ci yeri tutmağın sizin üçün əhəmiyyəti var?
- Təbii ki. Son oyun olsa da, bizim üçün vacibdi. Azarkeşlərin önündə nəticə üçün oynayacağıq.
MÜZƏFFƏR QULUZADƏ