"Bu gün xarakter göstərərək qalib gəldik" - "Sumqayıt"ın məşqçisi

30.11.2025 21:01 18
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 13-cü turunda “Sumqayıt” “Şamaxı”ya qalib gəldi - 1:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların məşqçisi Veliçko Kaplonoviç media önünə çıxıb.

⁃ Sevincliyəm. Bu gün xarakter göstərərək qalib gəldik. İtkimiz var idi - Senhadji yox idi. “Şamaxı” qol vurdu. Amma biz xarakter
göstərərək qələbə qazandıq.

⁃ Höccət niyə ehtiyatda idi?
⁃ Keffel mərkəzdə yaxşı oynadı. Səbuhi sol cinah müdafiəsində oynadı, yaxşı oynadı. Höccətin kiçik zədəsi var.

⁃ Niyə aləm bir-birinə dəydi?
⁃ Bilmirəm. Heç nə görmədim.

MÜZƏFFƏR QULUZADƏ