Misli premyer-liqasının 19-cu turunda “Qəbələ” səfərdə “Neftçi”yə məğlub oldu - 0:1. Oyunsonrası mətbuat konfransında qonaqların məşqçisi Georgi Çixradze media önünə çıxıb.
- Maraqlı və dinamik oyun oldu. İlk 15 dəqiqədə geri qaldıq. Qoldan sonra və ikinci hissədə yaxşı oynadıq. Qol vəziyyətlərini boşa verdik. Necə oldu - bilmirəm. Məğlubiyyətə layiq deyildik.
- Ovusunu bu durumdan necə çıxaracaqsız?
- Sakitləşdirdik. Gəncdi. Elitada debüt edir. Olur belə şeylər.
MÜZƏFFƏR QULUZADƏ