• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurbanovun gözyaşları, Elvinin şıltaqlığı, azarkeşlərin duası...

Manşet / Yazarlar

23-01-2026, 19:0

Srağagün axşam saatlarına qədər “Qarabağ”ın mövcud durumuyla bağlı nəsə demək yetərincə çətin idi. Çünki qış fasiləsinə 2-ci sırada yollanan “köhlən atlar” Çempionlar Liqasında keçirdiyi son iki matçda qələbə qazana bilməmişdi. Xüsusən “Ayaks”a məğlubiyyət ağdamlıların günlərlə tənqid edilməsinə səbəb olmuşdu.

Bununla belə, komanda ilin ilk üç yoxlama oyununda qalib gəlməklə xeyli tərəfdarın ümidlərini çiçəkləndirmişdi. Əlbəttə, bunda “Ayntraxt”ın xaos yaşamasının da rolu az deyildi. Hər halda, “qartallar”a qarşı matçda tribunalar aşıb-daşmadı, dəqiq desək, üç minə yaxın oturacaq boş qaldı. Heç şübhəsiz, həm hava şəraitinə, həm də “Qarabağ”a inanmadığına görə stadiona gəlməyən azarkeşlər belə tarixi uğurun canlı şahidi olmadığına görə peşmandı. Bəs, gələnlər nə ilə yadda qaldı?

Həqiqətən də meydanda, tribunalarda, ümumiyyətlə, stadionun ətrafında yaşananları görməyə dəyərdi! Çünki həmin an nə temperaturun 0 dərəcəyə enməsi hiss olunurdu, nə də gəlməyənlərin yoxluğu. Matçın nə qədər əhəmiyyətli olduğu onsuz da bəlliydi. Ancaq metroda bir-biriylə müzakirə aparan gənclərin bəzilərinin “Qarabağ”ın, bəzilərinin isə “Ayntraxt”ın qələbə qazanacağına inanması, “Qarabağ” qalib gəlsə, qonaqlıq verəcəksən” kimi atmacalar, böyüklərlə yanaşı, azyaşlıların da stadiona tələsməsi bu matçın təkcə yaşıl meydanda yox, həm də azərbaycanlıların qəlbində yer tutduğunu açıq-aşkar göstərirdi.

Vacib məqamlardan biri də təxminən min azarkeşin oyunun başlamasından 10-15 dəqiqə sonra tribunalara keçə bilməsi oldu. Əvvəlki matçlarda daha acınacaqlı mənzərələrin şahidi olduğumuzdan bu dəfə anşlağın ciddi fəsadlarını görməmək sevindirici haldı. Yenə də daha bir neçə min tərəfdarın olacağı halda nələrin yaşanacağını təxmin etmək çətindi.

Start fitinə bir neçə dəqiqə qalmış bilet axtaran tərəfdarların da sayı az deyildi. Hər halda, stadionun qarşısındakı kassanın önündə təxminən 100 nəfəri əhatə edən növbə yaranmışdı.

Oyun başlayandan sonra yaşananlara gəlincə, “İmarət Tayfa”nın hazırladığı xoreoqrafiyada “Ayntraxt” üçün açıq mesaj var idi: “Bizin inamımız sizin büdcənizdən çoxdu!”

“İmarət”in rəhbərlərindən olan Elnur Quliyevin qəzetimizə verdiyi məlumata görə, fanklub öz hesabına hazırladığı xoreoqrafiya üçün 8 min manat xərcləyib. Sözün düzü, “Qarabağ Ordu” və “İmarət Tayfa”dan savayı fəallıq göstərənlərin sayı o qədər də çox olmadı. 30 minə yaxın azarkeşin varlığını hakimin məlum penalti qərarını verdiyi və qolların vurulduğu zaman hiss etdik. Amma “Qarabağ”ın qələbəsi üçün dua edən tərəfdarları da unutmamalıyıq. Hətta bu sırada “Ayətül-kürsi” oxuyan azyaşlı da var idi...

Texniki zonalardakı durum da maraqlıydı. “Ayntraxt”ın məşqçilər korpusu yetərincə gərgin görünürdüsə, “Qarabağ”dan Qurban Qurbanovun ənənəvi zəhmi və sakitliyi diqqətdən kənarda qala bilməzdi. O başqa məsələ ki, mütəxəssis Bəhlulun qolundan sonra gözyaşlarını saxlaya bilmədi. Heç şübhəsiz, o da bilirdi ki, artıq pley-off mərhələsinin qapıları taybatay açıqdı!

Əlbəttə, belə qələbə ya ən dərin emosional hisslər, ya da ən şıltaq sevinc yaşada bilər. Odu ki, Elvinin gah “Kəhər”lə, gah da spiker Sənan Şəfizadə ilə zarafatlaşmasını qeyri-adi qarşılamadıq. Stadionun içində dövrə vuran “Qarabağ” futbolçularının və minlərlə azarkeşin xoşbəxt göründüyü anlar əminik ki, uzun müddət yaddaşlardan silinməyəcək. Həmin vaxt saatın əqrəbləri artıq gecəyarısını göstərsə də, heç kim evə tələsmir, “Qarabağ”la daha çox vaxt keçirmək, qələbənin dadını çıxarmaq istəyirdi.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Təhlüləsizlik Şurası katibinin müavini Mədət Quliyev də stadionda idi. Elə Prezident İlham Əliyev də bu qələbəyə biganə qalmadı. Almaniyanın Bakıdakı səfirliyi də həmçinin. Görün, pley-off mərhələsinə yüksəlsək, nələr yaşanacaq!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

16-10-2025, 14:0

“Qarabağ”dan “Atletik”lə oyunla bağlı bəd xəbər: üç gün sonra... – azarkeşlərin nəzərinə!

Yığma

27-03-2023, 14:0

İsveç - Azərbaycan: Hava şəraitinə görə stadionun dam örtüyü bağlandı

Manşet / Avropa Liqası

14-12-2023, 20:0

“Həkken” “Qarabağ”a necə mane ola bilər? – tarixi oyuuna 1 saat qaldı

Avrokuboklar / Manşet

23-01-2026, 14:0

“Kicker”: “Qarabağ” dirçəlməyə çalışan “Ayntraxt”ı yenidən diz çökdürdü” - “Bild”in jurnalistləri də “qartallar”ı tənqid etdi

Manşet / Yazarlar

13-07-2024, 11:0

“Qarabağ”: əvvəl tənqid, sonra təqdir – YAZI

Manşet / Çempionlar Liqası

20-08-2025, 00:0

"Qarabağ"dan möhtəşəm qələbə - YENİLƏNİB

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:47
    ABŞ fərqi artırdı, Türkiyə gözləyir - DÇ gecəsi
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə