“Qarabağ” artıq bir neçə dəfə azərbaycanlı azarkeşlərə futbol bayramının dadını yaşadıb.
Artıq “köhlən atlar”ın avrokubok matçlarının həyəcanı çoxları üçün adiləşib. Buna görə oyunla bağlı xüsusi ab-hava içində deyiləm” - bu sözləri “Football-plus.az”a “Qarabağ” – “Həkken” oyununu saatlar qalmış təcrübəli mütəxəssis Aslan Kərimov dedi. O, “köhlən atlar”ın qələbə qazanmaq ehtimalını yüksək dəyərləndirdi:
“Çox ümidliyəm ki, qalib biz olacağıq. Bunda rəqibin “Həkken” olmasının da rolu böyükdü. Motivasiyasız, uzun yol qət edib ölkəmizə gəlmiş komandaya qarşı oynamaq elə də çətin olmayacaq. Həm də İsveç çempionatına bir neçə həftə öncə fasilə verilib. Bu amilləri nəzərə alsaq, şans çox böyükdü”.
Aslan bəy “Qarabağ”a çətinlik yarada biləcək məqamları belə izah etdi: “Hər şey məşqçilər korpusundan və futbolçulardan asılıdı. Demirəm ki, “Həkken” meydana təslim olmaq üçün çıxır. Lakin çox zəif təsir bağışlamaq ehtimalı çox böyükdü. Bunu, demək olar ki, hər kəs bilir. Ümid edirəm ki, futbolçular rəqibə yetərincə ciddi yanaşar, hansısa arxayınlıq olmaz. Çünki futbol sabit oyun deyil, hər an hər şey baş verə bilər. Allah uzaq eləsin, komandanın azlıqda qalmaq ehtimalı belə var. Dediklərimi Qurban Qurbanov və köməkçiləri də bilir və buna uyğun addımlar atacaq”.
KƏNAN BAHADIR