• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qarabağ" uduzdu... - YENİLƏNİB

Manşet / Avrokuboklar

22-10-2025, 22:0

Əvvəl “Benfika”nı (3:2), ardından “Kopenhagen”i (2:0) devirən “Qarabağ”ın “Atletik”ə qarşı keçirəcəyi matçı səbrsizliklə gözləyən azarkeşlər gözünü bu günə dikib. Çünki ağdamlılar bu gün Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində məhz Bilbao təmsilçisinin qonağı olacaq!

"Football-plus.az" xəbər verir ki, Bakı vaxtıyla saat 20.45-də başlayacaq oyun “İctimai TV”nin efirində canlı yayınlanacaq.

Çempionlar Liqası
liqa mərhələsi, 3-cü tur
Atletik (İspaniya) – Qarabağ 3:1

Qorka Quruseta, 40; 88. Robert Navarro, 70 - Leandro Andrade, 1
Hakimlər: İQOR PAYATS, Boyan Zobenitsa, İvan Mihali, Zdenko Lovriç (hamısı Xorvatiya).
VAR hakimi: İvan Bebek (Xorvatiya).
VAR hakiminin köməkçisi: Fedayi San (İsveçrə).
Bilbao, “San Mames” stadionu. Saat 20.45.

Srağagün çarter reysiylə Bakıdan Bilbaoya yollanan “Qarabağ” bu gün meydana daha bir tarix yazmaq üçün çıxacaq. Əlbəttə, söhbət avrokubokların ən mötəbər turnirindən gedirsə, rəqibin kimliyindən, gücündən, ümumiyyətlə, hadisələrin hansı yöndə cərəyan edəcəyindən danışmaq yersiz olar. Heç şübhəsiz, “köhlən atlar” növbəti dəfə gərgin mübarizə şəraiti və dolu tribunaların təzyiqiylə üzləşəcək. Öyrəşmişik, qorxmuruq! Tam səmimiyətimizlə inanırıq ki, ağdamlılar “Atletik”dən azı bir qoparmağa qadirdi. Bu cürəti bizə Qurban Qurbanov və komandası bəxş edib...

“Atletik”in bizim azarkeşlər üçün 600 bilet ayırdığını və bunlardan 431-nin artıq sahibini tapdığını xəbər vermişdik. Və təəssüf ki, qalan vaxtda daha çox biletin satılması mümkün deyil. Axı “Qarabağ” hələ bir neçə gün əvvəl bilet satışının özlərindən asılı olmayan səbəblər üzündən oktyabrın 19-dan sonra dayandırılacağını bildirmişdi. Hər halda, çempionun səfərdə tək olmayacağını bilirik.

Bununla belə, Musa Qurbanlının zədəli olduğunu, bu səbəbdən komandayla birgə İspaniyaya yollana bilmədiyini də xatırladaq. 23 yaşlı hücumçu azı iki həftə sonra yaşıl meydana qayıdacaq. O başqa məsələ ki, Musa nə “Benfika”ya, nə də “Kopenhagen”ə qarşı matçda start heyətində olub. Yəni bu itkinin “Qarabağ”ın planlarına böyük ölçüdə mənfi təsir edəcəyini düşünə bilmərik. Deməli, Qurban Qurbanovun start heyəti üçün seçimləriylə bağlı hansısa problemdən söz getmir. “Benfika” ilə matçda zədələndikdən sonra “Kopenhagen”lə matçı buraxan Marko Yankoviç də tam sağalıb. Bəli, onun Bilbaoda ilk “11-lik”də olub-olmayacağı dəqiq deyil. Ancaq Misli premyer-liqasının 8-ci turunun “Turan Tovuz”a qarşı oyununda meydana çıxan monteneqroluya etibar etmək mümkündü. Belədə Qurban bəyin “Atletik”ə qarşı start heyəti məhz bu cür ola bilər: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Abdulla Zubir (k), Kadi Borges, Kamilo Duran.

Əlbəttə, baş məşqçinin Dani Bolt, Aleksey Kaşuk və Sami Mmae kimi seçimləri də var ki, Yankoviç hazır olmadığı təqdirdə məhz onlardan biri start heyətində yer alacaq.

İndi isə rəqib haqda... “Atletik” La Liqanın 8, İspaniya kubokunun 24, İspaniya superkubokunun isə 3 dəfə qalibi olub. “Transfermarkt”a görə klubun bazar dəyəri 369,70 milyon avrodu. Komanda ev oyunlarını 53289 yerlik “San Mames” stadionunda keçirir. Ən bahalı futbolçusu 70 milyon avroluq Niko Uilyamsdı. Komandanın kapitanı məhz Nikonun qardaşı İnyaki Uilyamsdı. Bilbao təmsilçisini Ernesto Verlverde çalışdırır. 2022-ci ilin yayından bu vəzifəni icra edən ispaniyalı mütəxəssis “Atletik”in yetirməsidi. O, 2003-05 və 2013-17 aralığında da “sükan arxasında” olub.

Bəli, “Atletik” İspaniyanın, necə deyərlər, sözünü deyən komandalarındandı. Ancaq öz aramızdı, Bilbao təmsilçisinin işləri yeni mövsümdə yolunda getmir. Ötən mövsümü 4-cü yerdə bitirən basklardan gözləntilər böyük olsa da, indi mənzərə fərqlidi. İlk 9 turda 14 xal toplayan “qırmızı-ağlar” 8-ci sıradadı. Üstəlik Çempionlar Liqasının liqa mərhələsinin ilk iki turunda xal qazana bilməyiblər: evdə “Arsenal”a uduzan (0:2) “aslanlar” səfərdə Dortmund “Borussiya”sına məğlub olublar (1:4). Bu səbəbdən komanda “doğma divarlar” arasında yalnız və yalnız “Qarabağ”ı məğlub etməyi düşünür.

O başqa məsələ ki, statistika “Atletik”in qol vurmaqda çətinlik çəkdiyini deyir. Elə Bilbao təmsilçisinin sonuncu çempionat matçında başına gələnlər də bizi təsdiqləyir. “Elçe”nin qonağı olan “qırmızı-ağlar” rəqibə bütün komponentlərdə uduzub, çətinliklə meydandan qolsuz heç-heçəylə ayrılıb. La Liqada 9 oyun keçirən komanda 9 qol vurubsa, 9-nu da buraxıb.

Bu arada “Atletik” rəsmi “tiktok” səhifəsi müğənni Nurlan Ordubadlının Vətən müharibəsi dövründə məşhurlaşan “Yaşa Azərbaycan” mahnısını paylaşıb. Arxa fonda isə İnyaki Uilyamsdan avtoqraf alan “Qarabağ” azarkeşləri var. Ancaq belə jestlərin yaşıl meydanda baş verəcək hadisələrə aidiyyatı yoxdu. Heç şübhəsiz, “aslanlar” “San Mames”də bu qədər mehriban olmayacaq. Odu ki, geriyə yol yoxdu, döyüş vaxtıdı! İrəli, “Qarabağ”!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Avrokuboklar

20-10-2025, 09:0

"Qarabağ" "Atketiko"yla oyundan əvvəl ciddi itkiylə üzləşdi! - Bilbao səfərinin detalları

Manşet / Avrokuboklar

14-09-2025, 17:0

"Qarabağ" bu gün Lissabona yollanır - Nərimanla Montiel haqda son dəqiqə xəbəri!

Avrokuboklar

22-10-2025, 01:0

“Qarabağ” “San Mames”də məşq etdi

Avrokuboklar

10-10-2025, 21:0

“Atletik” - “Qarabağ” matçının biletləri satışda

Avrokuboklar

20-10-2025, 14:0

“Atletik” - “Qarabağ” oyununu idarə edəcək hakim

Ölkə futbolu

13-09-2025, 18:0

“Qarabağ”ın 4 oyunu "İctimai" TV-də

Aktual
Şahin Diniyev “Şamaxı”da?
“Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
"Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
“Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
“Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
Son xəbərlər
  • Bu gün, 21:55
    "Sabah" "qızıl dubl" etdi! - YENİLƏNİB
  • Bu gün, 20:55
    Karateçilərimiz 6 medal qazandı - AÇ
  • Bu gün, 20:24
    Türkiyə çempionatında yeni mövsümlə bağlı əsas tarixlər bəlli oldu
  • Bu gün, 19:53
    Ağlasığmaz avtoqol ''Əl-Nəssr''in və Ronaldonun çempionluğunu təxirə saldı
  • Bu gün, 19:22
    Millimiz Türkiyədə yoldaşlıq oyunları keçirəcək
  • Bu gün, 18:51
    "Sabah" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 18:46
    “Neftçi”nin qızlar komandası yenə çempion oldu
  • Bu gün, 18:16
    ''Qalatasaray''ın ulduzunu alış-veriş mərkəzində yumruqladılar!
  • Bu gün, 17:45
    Şahin Diniyev “Şamaxı”da?
  • Bu gün, 17:14
    “Düzdü, azarkeşlər güclü komanda, baxımlı oyun istəyə bilər, ancaq ayağı yorğana görə uzatmaq lazımdı” – Vidadi Əhmədov
  • Bu gün, 16:55
    Region Liqasında finalın yeri və vaxtı müəyyənləşdi
  • Bu gün, 16:24
    "Amma “Zirə” kuboku daha çox istəyir" - Arif Əsədov üçün də favorit "Sabah"dı
  • Bu gün, 15:53
    “Qarabağ” - “İmişli” matçının biletləri satışdadı
  • Bu gün, 15:22
    Məğlubiyyətsiz ''Benfika'' hətta "ÇL zonası"ndan da kənar qaldı!
  • Bu gün, 14:51
    İki ildi Rəşad Sadıqovu izləyən təhlükə - Dambrauskas onu “istefaya göndərmək” istəyir!
  • Bu gün, 14:20
    "Bakı–Xankəndi" yarışında 4-cü mərhələnin qalibi bəlli oldu
  • Bu gün, 13:59
    Cibrila oynasa, “Zirə” kuboku qazanacaq! - “Sabah” yenə “Bu şəhər ikimizə dar”ı səsləndirəcək?
  • Bu gün, 13:40
    Felipe Santos milliyə dəvət aldı
  • Bu gün, 13:28
    Cavid İmamverdiyev tərk etdiyi liqaya qayıtmaq istəyir
  • Bu gün, 12:57
    AFFA tərəfindən həkimlər üçün seminar keçirildi
  • Bu gün, 12:36
    Nərimanın "Kolambus Kryu"dakı maaşı açıqlandı - RƏSMİ
  • Bu gün, 12:15
    “Görünür, orda futbola yad adamlar işləyir” - “Ağdaş” apellyasiya şikayəti verəcək
  • Bu gün, 11:54
    Gəncədə məktəblilər arasında minifutbol turniri keçirildi
  • Bu gün, 11:23
    “Dabanla topu qapıdan keçirmək inanılmaz özgüvən deməkdi” - Nihat Kahveçi Varqasdan danışdı
  • Bu gün, 10:52
    Cəlal dubl etdi, komandasına qələbə qazandırdı!
  • Bu gün, 10:31
    Liqa 1-də rəqib tanımır
  • Bu gün, 10:00
    40 yaşında nəhəng turnirdə oynayacaq
  • Bu gün, 00:00
    Elçin Məsiyevin idarə etdiyi oyunlarda nə “Sabah” uduzub, nə də “Zirə”!
  • Dünən, 23:39
    Flikin məsələsinə aydınlıq gəldi
  • Dünən, 23:18
    PSJ 8 il əvvəlki uğuruna yaxındı
  • Dünən, 22:47
    Mbappe boykota əl atıb?
  • Dünən, 22:16
    La Liqanı tərk etdilər
  • Dünən, 21:45
    “11-ci olmağımızın səbəbi çoxdu” - Səbuhi Səfiyarlı
  • Dünən, 21:26
    Mövsümü erkən başa vurdu
  • Dünən, 21:01
    Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - VİDEO
Daha çox
Oxunub: 259
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 223
“Trabzonspor” Azərbaycana gəlir?
Oxunub: 192
“İstəmirəm ki, “Səbail” də mənim günümə düşsün” - Güləli Bağırov otel müdiri ilə əlbəyaxa dalaşıb!
Oxunub: 191
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Oxunub: 183
“İmişli”dən şad xəbər gəldi – İmişlidə stadion tikiləcək!
Oxunub: 176
Ehtiram Quliyev üçün daha bir böyük missiya! – bu konserti bitirmək lazımdı...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə