Vüsal Konfrans Liqasında uduzdu

10.07.2026 13:47 26
Dünya futbolu
Vüsal İsgəndərlinin formasını geydiyi “Malişeva” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Kosovo təmsilçisi səfərdə Albaniya “Vlajniya”sı ilə üz-üzə gəlib. Görüşdə “Vlajniya” 2:1 hesablı qələbə qazanıb.

Vüsal da bu matçda iştirak edib. O, meydana 64-cü dəqiqədə Vlamir Nafiunun əvəzinə çıxıb.

Bu komandalar arasındakı cavab matçı iyulun 16-da Kosovoda keçiriləcək.