“Atletik” - “Qarabağ” oyununu idarə edəcək hakim

20.10.2025 14:35 8
Avrokuboklar
İspaniyada “Atletik” və “Qarabağ” arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunun oyununa təyinatlar açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi İqor Payats olacaq.

Xatırladaq ki, “Atletik” - “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20.45-də başlayacaq.