“Qarabağ”ın 4 oyunu "İctimai" TV-də

13.09.2025 18:57 53
Ölkə futbolu
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları yenidən "İctimai" TV-də yayınlanacaq.

"Football-plus.az" xəbər verir ki, “Saran Media” və ölkə ərazisində əsas yayınçı olan "CBC Sport"la əldə edilən razılaşma əsasında 2025/26 mövsümündə bu turnirlərin görüşləri "İctimai" TV-nin canlı efirində təqdim olunacaq.

Futbol həvəskarları hər oyun günü bir qarşılaşmanı "İctimai" TV-nin efirində izləyə biləcək. Razılaşmaya əsasən, "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu "İctimai" TV-də nümayiş etdiriləcək. Yeni mövsümdə yayınlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq.

Xatırladaq ki, "İctimai" TV ardıcıl 4-cü mövsümdə avrokubok oyunlarını idmansevərlərə təqdim edəcək.