"Araz-Naxçıvan"da braziliyalı qapıçı

10.07.2026 16:31 14
Ölkə futbolu
"Araz-Naxçıvan" daha bir futbolçu ilə anlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı qapıçı Artur Auqusto Da Silva 2026/27 mövsümünü Naxçıvan təmsilçisinin heyətində keçirəcək. 27 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

O, karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense”, “Feyrense” klublarının qapısını qoruyub. Auqustonun son klubu isə “Semen Padang” (İndoneziya) olub.

“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul