"Şəfa" fransalı futbolçu transfer etdi

10.07.2026 13:59 17
Ölkə futbolu
"Şəfa" yeni transfer gerçəkləşdirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi yarımmüdafiəçi Musa Quelini heyətinə qatıb. 27 yaşlı fransalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Musa son olaraq Şimali Makedoniyanın “Tikves” klubunda çıxış edib. O, karyerası ərzində Türkiyədə “Samsunspor”un, Fransada isə “Dankerk”, “Red Star”, “Valansyen” və “Loryan” klublarının formasını geyib.

Xatırladaq ki, "Şəfa" bunadək Zaur Həşimov (baş məşqçi), Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya” ​​​​​​, Rumıniya) ilə müqavilə imzalayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul