Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu

10.07.2026 16:00 38
Ölkə futbolu
2026/27 mövsümündə 1-ci liqada mübarizə aparacaq "Karvan-Yevlax"ın yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Ramiz Məmmədova həvalə olunub. 57 yaşlı mütəxəssisin son klubu "Mingəçevir" olub.

Ramiz Məmmədov daha əvvəl "Şamaxı", "Qəbələ" və "Atrau" (Qazaxıstan) komandalarını da çalışdırıb.