• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Elmar Baxşıyev Ayxan Abbasovu məğlub etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

13-08-2024, 18:0

Araz-Naxçıvam – Şamaxı 1:0 (0:0)

12. Kristian Avram – 5,0
3. Bəxtiyar Həsənalızadə - 5,0
26. Ömər Buludov – 5,0
34. Urfan Abbasov – 5,0
4. İqor Ribeyro – 4,5
6. Vadim Abdullayev (k) – 4,5
29. Vanderson Melo – 5,0
23. Nuno Rodriges – 4,5
97. Felipe Santos – 4,5
(14. Miço Kuzmanoviç, 73) – qiymətsiz
10. Bernardo Dias – 4,5
(7. Ülvi İsgəndərov, 83) – qiymətsiz
16. Ramon Maçado – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
1. Vüsal Şabanov
2. Slavik Alxasov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
88. Tuqay Əlizadə
11. Bayraməli Qurbanov
24. Mustafa Əhmədzadə

Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ramon Maçado

1. Rikardo Fernandes – 5,5
4. Adil Nağıyev (k) – 4,5
8. İlkin Muradov – 5,0
(5. Arsen Ağcabəyov, 81) – qiymətsiz
17. Rafael Məhərrəmli – 4,5
(22. Qurban Səfərov, 46) – 4,5
6. Rauf Rüstəmli – 4,5
(93. Brahim Konate, 46) – 5,0
82. Rüfət Abbasov – 5,0
32. Vasiliye Radenoviç – 5,0
11. Conatan Benteke – 4,5
(10. Emin Zamanov, 57) – 4,5
7. Georgi Kantariya – 4,5
(97. Elşad Tağıyev, 73) – qiymətsiz
9. Belajdi Pusi – 5,0
66. Vasiliye Bakiç – 4,5
Ehtiyat oyunçular

85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
60. Səbayıl Bağırov
80. Zahid Mərdanov
24. Edqar Adilxanov
19. Fəxri Məmmədli

Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Rikardo Fernandes

Qol: R.Maçado, 60 (B.Həsənəlizadə).
Vərəqələr: A.Nağıyev, 15 (qeyri-idman hərəkəti). B.Konate, 71 (hakimin qərarına etiraz). B.Həsənalızadə, 77 (qeyri-idman hərəkəti). Ö.Buludov, 85 (qeyri-idman hərəkəti) – sarı.

Hakimlər: FƏRİD HACIYEV, Zöhrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Sumqayıt).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).

10 avqust. Bakı. “Liv Bona Dea Arena”. 200 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.

İlk turu fərqli əhval-ruhiyyədə başa vuran “Araz-Naxçıvan”la “Şamaxı” Mərdəkanda qarşılaşırdı. Mövsümün açılış turunda Naxçıvan təmsilçisi “Qarabağ”a böyük hesabla uduzmuşdusa, “Şamaxı” “Sabah”la oyunda əzmkar heç-heçə əldə etməklə hamını təəccübləndirməyi bacarmışdı. Ayxan Abbasovun çalışdırdığı komandanın bu uğurun davamını gətirib-gətirməyəcəyi maraqla gözlənilirdi. Elmar Baxşıyev üçün də “Şamaxı” ilə oyunun əhəmiyyəti böyük idi. Zaur Axundovun müsahibələrinin birində Baxşıyevlə bağlı dedikləri çalışdırıcının başı üzərindən həmişə “Domokl qılınıcı”nın asıldığından xəbər verirdi ki, bu şəraitdə işləmək heç də asan deyil...

Bütün bu məqamların fonunda Mərdəkandakı qarşılaşma sakit məcrada başladı. Tərəflər uzun müddət risk etməyə həvəs göstərməyib, ehtiyatlı oyunla kəşfiyyat aparmağa üstünlük verdilər. Bu da öz növbəsində başadüşülən idi. Çünki mövsüm yeni başlayıb, hər iki komandanın heyətində kifayət qədər dəyişiklik var. Belədə rəqiblər də bir-birindən ehtiyatlanır, böyük qüvvə ilə irəli atılıb, müdafiəni boş qoymağı düşünmürdülər. Heç də təsadüfi deyil ki, təxminən 20-25 dəqiqə ərzində qapılar qarşısında ciddi təhlükə yaratmaq mümkün olmadı. Yarım saatın tamamında nominal meydan sahibləqri “Şamaxı” azarkeşlərini həyəcanlandıra bildilər. İlkin Muradov cərimə meydançasında topu uzaqlaşdırmağa çətinlik çəkincə Rodriges onu ələ keçirdi. Onun ötürməsindən sonra kapitan Vadim Abdullayevin “çərçivə”yə doğru zərbəsi qüvvətli alınsa da, qeyri-dəqiq oldu. 36-cı dəqiqədə “Araz-Naxçıvan” daha bir təhlükəli vəziyyət yaratdı. Künc zərbəsindən sonra yaxşı fürsət qazanan Melo qapını dəqiq nişan alsa da, çevik reaksiya göstərən qapıçı Fernandes topu tirin üzərindən aşırmaqla təhlükəni sovuşdurdu. Ardıcıl ikinci künc zərbəsi zamanı “Şamaxı”nın qapıçısı daha bir dəfə məharətini göstəməklə yaxın məsafədən vurulan baş zərbəsini dəf etdi. Hissənin son təhlükəsini də “Araz Naxçıvan” yaratdı. 45-ci dəqiqədə Diasın vurduğu zərbə zamanı azca dəqiqlik çatmadı. Beləcə ilk yarıda qapılara qol vurulmadı.

Düşünmək olardı ki, fasilədə yetirmələrini irəli səsləyən Ayxan Abbasov “ən yaxşı müdafiə hücumdu” prinsipini işə salacaq, rəqibin təzyiqini azaltmaq üçün komandasının hücumunu gücləndirməyə çalışacaq. Amma oxşar ssenari 2-ci hissədə də davam etdi. “Araz-Naxçıvan”ın oyunçuları tez-tez meydanın “Şamaxı”ya aid hissəsində görünür, fərqli məsafələrdən zərbələrlə Fernandesin sayıqlığını yoxlayırdılar. Hiss etmək çətin deyildi ki, nominal meydan sahibləri onlara lazım olan qolu gec-tez vuracaq. Bununla belə, 54-cü dəqiqədə qonaqlar hesabı açmaq üçün əla fürsət qazandı. Sürətli əks-hücum zamanı Konate sağ sinahdan cərimə meydançasına daxil olub, qapı qarşısına ötürmə verdi. Heç kimin mane olmadığı Pusi bu fürsətdən yararlana bilmədi. Onun yaxın məsafədən vurduğu zərbə düz qapıçının üstünə getdi ki, belədə Avram üçün topu tutmaq çətin olmadı. Cəmi 5 dəqiqə sonrar Həsənəlizadənin gözəl ötürməsini Maçado tora qovuşdurmaqla hesabı açdı. Braziliyalı hücumçu Bəxtiyarın ötürməsini ustalıqla qəbul edib, qapıçının ayaqları arasından topu “çərçivə”yə ünvanladı və “Araz Naxçıvan”ı hesabda önə keçirdi. Onu topu sinəsiylə necə ram edib, dəqiq zərbə vurması digər hücumçular üçün də nümunə ola bilər.

Qoldan sonra “Şamaxı”nın nisbətən fəallaşması və hesabı bərabərləşdirməyə çalışması gözlənilən idi. Bunun üçün 73-cü dəqiqədə əla fürsət də oldu. Cərimə zərbəsindən göndərilən topu meydana yenicə çıxan Elşad Tağıyev başla qapıya ünvanlasa da, Avram yerində idi. Moldovalı qapıçı əsas vaxta əlavə olunmuş sonuncu dəqiqədə Radenoviçin baş zərbəsini də dəf etməyi bacardı. Bununla da “Araz Naxçıvan”ın mövsümdəki ilk qələbəsi rəsmiləşdi.

Gözdən qaçmadı
* “Araz-Naxçıvan”dan fərqli “Şamaxı”nı dəstəkləməyə hansısa azarkeş qrupu gəlməmişdi.
* Oyun ərzində -həm Ayxan Abbasov, həm də Elmar Baxşıyev baş hakim Fərid Hacıyevə dəfələrlə etiraz etdi.
* 84-cü dəqiqədə komandalar arasında kiçik qalmaqal yaşansa da, hakimin müdaxiləsi nəticəsində dayandı.
* Oyunu izləməyə gələnlər arasında ötən mövsüm “Araz-Naxçıvan”da çıxış edən Orxan Əliyev də var idi.

AMAL

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

10-08-2024, 18:0

"Araz-Naxçıvan" - "Şamaxı": START HEYƏTLƏRİ

Premyer-liqa

2-08-2024, 19:0

“Araz-Naxçıvan” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu

22-07-2024, 15:0

"Araz-Naxçıvan" heyətini gücləndirdi

Ölkə futbolu

9-07-2024, 11:0

“Araz-Naxçıvan” portuqaliyalı futbolçu transfer etdi

Premyer-liqa

4-08-2024, 16:0

“Sabah” - “Şamaxı”: START HEYƏTLƏRİ

Ölkə futbolu

10-07-2024, 13:0

Felipe Santos yenidən ölkəmizdə

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Daha çox
Oxunub: 209
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 190
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə