“Bezye” reqbi klubunun futbolçusu Lutsobo Makvedini dünyasını dəyişib.
"Football-plus.az" xəbər verir ki, Fransa klubunun mətbuat xidmətinin məlumatına görə, 20 yaşlı futbolçu komandanın səhər məşqinə qatılıb və məşq zamanı onun vəziyyəti pisləşib. Lutsobo dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Makvedini “Bezye”də 2025-ci ilin yayından çıxış edirdi.