Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı

12.07.2026 14:30 6
İdman
Sərbəst güləşçimiz Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransa təmsilçisi Bayssanqur Bitmurzayevlə qarşılaşıb.

Rəqibinə heç bir şans verməyən həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu olub.