Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?

12.07.2026 15:25 15
Dünya futbolu
Meksika yığmasının hücumçusu Santyaqo Ximenes sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, o, DÇ-2026-nın 1/8 finalının İngiltərə ilə matçında ağır zədə alıb və meydanı xərəkdə tərk edib. “Milan”ın 25 yaşlı forvardına ikinci dərəcəli bağ dartılması diaqnozu qoyulub. Onun 8 həftəyədək yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xatırladaq ki, Meksika İngiltərəyə 2:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.