"Şəfa" yeni transfer gerçəkləşdirib.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi “Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Yusiflini transfer edib. 24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
U-21 milli komandamızın sabiq üzvü olan Fərid Yusifli karyerası ərzində “Turan Tovuz”la yanaşı, “Neftçi”nin də formasını geyinib.