Gözlənilən transfer rəsmən açıqlandı

12.07.2026 14:54 10
Dünya futbolu
“Real” rəhbərliyi növbəti gözlənilən transferi rəsmən açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubun rəsmi saytının məlumatına görə, “İnter”in və Niderland yığmasının müdafiəçisi Denzel Dyumfris Madridə gəlib. Tərəflər müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar. Mətbuatda Madrid klubunun futbolçunun müqaviləsində nəzərdə tutulan 20 milyon avroluq sərbəstqalma məbləğinini ödədiyi yazılıb.

Denzel ötən mövsüm bütün turnirlərdə 28 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Real” bu yay Bernardo Silva və İbrahima Konateni də transfer edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul