• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Çox istərdim ki, Rövşən Nəcəf bütün klub rəhbərləri ilə görüşsün”

Ölkə futbolu / Manşet

12-06-2024, 22:0

Ölkə futbolunun incəliklərindən xəbərdar olan, bu sahədə saç ağartmış şəxslərdən biri də Yaşar Seyidovdu.

Əksəriyyət onu “Bakı”nın sabiq icraçı direktoru kimi tanısa da, Yaşar bəy buna qədər 1998-2006-cı illərdə AFFA İcraiyyə Komitəsinin üzvü, 1999-2004-cü illərdə “Dinamo-Bakı”nın prezidenti kimi fəaliyyət göstərib. Hazırda o, 2-ci liqa təmsilçisi “Dinamo”nun prezidenti vəzifəsini icra edir. Təcrübəli futbol adamıyla bir müddət öncə danışığarkən yeni seçiləcək (həmin vaxt AFFA-nın Hesabat-seçki Konfransı olmamışdı – red.) rəhbərliyə inandığını və bütün bəhanələri kənara qoyub, ancaq yeni ideyalar üzərində çalışmağın lazım olduğunu bildirmişdi. Artıq yeni AFFA rəhbərliyinin seçilməsindən iki ay keçib. Bu müddət ərzində isə İcraiyyə Komitəsi bir neçə dəfə toplaşıb. Görəsən, qəbul edilən qərarları, hazırlanan proqramı Yaşar Seyidov necə qiymətləndirir?

- Yaşar bəy, bir müddət əvvəl sizlə söhbət edəndə AFFA-nın yeni rəhbərliyi üçün təkliflər hazırladığınızı demişdiz. Quruma müraciət etdizmi?
- Bəli, federasiyaya müraciət etmişəm. Yaxın günlərdə bu məsələlərlə bağlı görüş olmalıdı. Futbolun inkişafıyla bağlı nəzərdə tutduğum müəyyən proqramlarım var. İlk növbədə bunu deyə bilərəm. İkincisi, bəli, AFFA-nın rəhbərliyinin seçkidən sonra futbolun inkişafıyla bağlı müəyyən addımlar atacağını demişəm, yenə də öz fikrimdə qalıram. Hesabat-seçki Konfransından sonra bir, daha sonra iki, yəni ümumilikdə üç dəfə İcraiyyə Komitəsinin iclasları keçirilib. Sözügedən iclaslarda da futbolun inkişafıyla bağlı İK-nın üzvləri tərəfindən müəyyən strateji proqram qəbul edilib. Doğrusu, həmin proqramın nədən ibarət olduğunu bilmirəm. Onlar proqramın hazırlanması üçün UEFA-nın müvafiq qurumlarına müraciət ediblər. Ancaq çox istərdim ki, həmin proqramın hazırlanmasında yerli mütəxəssislər və sponsorlar da nəzərə alınsın. Əlbəttə, UEFA-nın Avropada futbolun inkişafı üçün tətbiq etdiyi proqram Azərbaycandakıyla eyni deyil. Bu gün ölkəmizdə stadionlarla bağlı ciddi problemlər var. Açıq danışım, Azərbaycanda heç bir klubun uşaq akademiyası təlim meydançalarında məşq etmir. Bu gün deyək ki, həmin strategiya Avropa səviyyəsində hazırlanırsa, ölkədə həyata keçirmək üçün şərait olmalıdı. Azərbaycan premyer-liqasında iştirak edən heç bir klubun strukturu Avropa klublarının strukuturuna uyğun gəlmir. Bircə “Qəbələ” burda istisnadı. Amma göründüyü kimi, “Qəbələ” də elitanı tərk edib. Həmin strategiyanın hazırlanması çox yaxşı haldı. Bunu alqışlayıram. Amma ondan da qabaq çox istərdim ki, AFFA-nın prezidenti Rövşən Nəcəf Azərbaycan çempionatlarında iştirak edən bütün klub rəhbərləri ilə görüş keçirsin. Bizim təkliflərimizdən də biri budu. Hər bir klub inkişafla bağlı öz təkliflərini təklif etsin. Yəni, bu gün klub rəhbərlərinin özünün çoxunda belə qeyri-müəyyənlik var. Heç kim də səsin çıxarıb, hansısa təklif irəli sürmür. Hamı gözləyir ki, nə isə olacaq. Ona görə də bir çox klub rəhbərləri hansısa dost-tanışının köməyiylə vəzifələrinə təyinat alıblar. Burada gizlətməli nəsə yoxdu. Bu gün cəmiyyətimizdə öz fikrini deyən, problemləri qabardan, problemlərin həll olunması üçün təkliflər verən insanlara ehtiyac var. Çox ümid edirəm ki, AFFA-nın yeni rəhbərliyi, bu işdə böyük təcrübəsi olan və belə işlərdə Azərbaycan futboluna köməyi olan insanları önə çəksin. Məsələn, öz adımdan deyə bilərəm ki, bu vaxta qədər heç kimin tanımadığı 72 futbolçunu Azərbaycan milli komandasına qədər təqdim etmişik. Bizim ehtiyacımız da yoxdu ki, kimsə bizə nə isə desin. Çünki başımızı aşağı salıb, öz işimizi görürük.

- AFFA-nın “Qəbələ”ni xilas edə biləcəyinə inanırsızmı?
- Çox xoşdu ki, federasiya “Qəbələ”nin infrastrukturnun dağılmaması üçün 700 min manat ayırdı. Bu çox gözəl addımdı. Yəni yaxşı şeyləri də demək lazımdı. Yaxşı işlər görməklə yanaşı, müəyyən təklifləri də nəzərdən keçirib, dəyərləndirmək lazımdı. “Qəbələ”nin akademiyası saxlanıldığı kimi, kaş o dönəmdəki “Bakı”nın akademiyasının saxlanması üçün də vəsait ayrılardı. Bunun nəticəsində də 6 təbii örtüklü meydança dağılıb getməzdi. İndi ümidlərimiz böyükdü. Ona görə ki, bu gün futbolu inkişaf etdirmək istəyən adamlar onlardı və biz də öz təkliflərimizi onlara təqdim etməliyik. Qəbul edərlər-etməzlər, bu onların qərarıdı. Ancaq yenə də biz təkliflərimizi deməliyik və çəkinmədən problemləri qabartmalıyıq. Bir çox şəxslər var ki, heç bir klubda çalışmayıb, amma futbolla məşğuldu. Bunu klubların hamısına şamil etmək olmaz. Təbii ki, bir neçəsini çıxmaq şərtiylə. Yəni futbolun inkişafında Azərbaycan futbolu üçün uzun illər çalışan, əziyyəti-əməyi, zəhməti olan insanları dəvət edib, onlarla müəyyən fikir mübadiləsi aparılıb daha sonra iş görmək lazımdı. Strateji proqramın hazırlanmasında da birlikdə hərəkət edilməlidi. Ona görə də deyirəm ki, ümidlərim böyükdü. Əlbəttə, iki ay elə də yetərli vaxt deyil. Ancaq AFFA-nın yeni rəhbərliyi istəyirlər ki, nəsə etsin.

- “Bakı” isə istənilən halda artıq tarixə çevrilib.
- “Atletiko” ilə çox gözəl əməkdaşlığımız var idi. Məsələn, premyer-liqanın elə sonuncu turunun “Neftçi” – “Sabah” (0:1) matçında qol vuraraq komandasını Konfrans Liqasına daşıyan Namik Ələskərov həmin məktəbin yetirməsidi. Minifutbol üzrə Avropa çempionatında ən yaxşı performans sərgiləyən oyunçulardan Rəvan Kərimov da “Bakı”nın yetirməsidi. Yəni, “Bakı”nın yetirmələri bu gün hər yerdə sözünü deyib. Bu gün qarşımızda “Bakı” futbol klubunun gördüyü işlərlə bağlı nümunə var. Vaxtilə İspaniya və Fransa ilə gözəl əlaqələrimiz, uşaq futbolunun inkişafıyla bağlı layihələrimiz var idi. O vaxt maliyyə problemlərimiz səbəbindən bu layihə yarıda qaldı. Elə isə indi inkişaf etdirək. Ümid edirəm ki, həm Rövşən Nəcəf, həm də icraçı vitse-prezident Sərxan Hacıyev bu işlərə diqqət yetirəcək.

- AFFA-ya ünvanladığız təkliflər konkret hansı məsələlərlə bağlıdı?
- Birincisi, Azərbaycanda bütün futbolçuların həqiqi hərbi xidmətlə bağlı problemi var. Məsələn, Daxili İşlər Nazirliyi ilə bu işləri ortaq məxrəcə gətirmək olar. “Dinamo” olaraq, biz daim həqiqi hərbi xidmətlə bağlı bütün futbolçularımızın problemlərini həll etmişik. Onlar öz əsgərliyini futbolçu kimi “Dinamo”da oynamaqla keçirir. Vaxtilə belə problemlər hamısı həll olunurdu. Lakin indi hamısının hərbi biletində xəstəliklə bağlı möhür var. Milli komandanın oyunçularının hərbi biletində xəstəliklə bağlı möhür olması ayıbdı. Bunu həll etmək lazımdı. Təkliflərdən biri budu. İkincisi, hər bir klubun infrastrukturu ilə bağlı məsələlər həll olunmalıdı. Məsələn, iş adamlarından birinə ev tikmək üçün kredit verirlər. Sonra həmin biznesmenlər o evi tikib satırlar və başlayırlar kreditlərini qaytarmağa. Klublara saf adamları dəvət etmək lazımdı. Klublara müvafiq yerlərdə infrastruktur qurmaları üçün torpaq sahələri ayrılmalıdı ki, onlar da kredit şəklində həmin torpağı zəmanət qoyaraq, bankdan uzunmüddətli güzəştli kredit götürsün. Ancaq bunlar hamısı nəzarət altında olsun. Yəni kredit ödənilənə qədər həmin əmlak bankın öhdəliyində olsun. Heç premyer-liqada çıxış edən komandaların belə məşq etməyə yeri yoxdu. Buna görə də həmişə demişəm ki, AFFA-da çox qərar qəbul etmək olar. Ancaq dövlətin dəstəyi, millətin köməyi olmadan biz heç nəyə nail ola bilmərik. Dövlət babanın dəstəyi vacibdi. Yoxsa nə vaxta qədər klubların aşağı qruplarında çıxış edən uşaqlarımız süni meydançalarda məhv olacaqlar?! Ən vacib məqamlardan biri də klublarda saf adamların işləməsidi. Yəni verilən pulları oğurlamaq yox, təyinatı üzrə doğru şəkildə xərcləmək lazımdı. Əks halda necə olacağı gözümüzün qabağındadı. Ona görə də futbolun inkişafıyla bağlı düzgün niyyəti olan şəxslər olmalıdı. Bu üzdən də mütləq şəkildə dövlət dəstəyi ilə güzəştli şərtlərlə kreditlər verilməli, torpaq sahələri ayrılmalı və klublar da öz infrastrukturunu yaratmalıdı. Onsuz da müstəqillik dövründən bu yana, hansısa bir kluba torpaq ayrılıb və yaxud da başqa yardım edilib. Bir məsələ daha var. Necə ki, biz “Bakı” futbol klubuyla Avropanın aparıcı akademiyalarıyla əlaqələrimiz var idi. Azərbaycanın ən aparıcı futbolçularını seleksiya seçimiylə, Avropanın ən inkişaf etmiş akademiyalarında uzun müddətli qalması, qidalanması və həmin liqada da oynaması üçün çalışmaq lazımdı. Buna görə də Təhsil Nazirliyi ilə Gənclər və İdman Nazirliyi də bu layihəyə qoşulmalıdı. Kəsəsi, təkliflərimin ucu-bucağı yoxdu, 30 ildi bu sahədəyəm”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

26-03-2024, 01:0

“SOCAR-ın rəhbərinin AFFA-ya prezident təyin olunmasında qeyri-adi heç nə görmürəm” – Yaşar Seyidov

Ölkə futbolu / Manşet

23-03-2024, 15:0

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər

Aktual / Ölkə futbolu

17-08-2023, 12:0

“Dinamo” 1997-ci ildən mövcud olan loqomuzla çıxış edəcək”

Ölkə futbolu / Manşet

26-03-2024, 21:0

AFFA-nın yeni prezidenti harda seçiləcək?

Ölkə futbolu

1-03-2024, 15:0

Rövnəq Abdullayev AFFA prezidenti olmayacaq

Ölkə futbolu

19-02-2024, 17:0

Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq

Aktual
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
“Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
Son xəbərlər
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:01
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
  • Dünən, 21:15
    AFFA rəhbərliyi UEFA nümayəndəsi ilə görüş keçirdi
  • Dünən, 21:00
    Millimizin San Marinoya qarşı start heyəti
  • Dünən, 20:55
    U-21 millimiz Qırğızıstana uduzdu
  • Dünən, 20:45
    Azərbaycan boks tarixində ilk
  • Dünən, 20:21
    Yeni Zelandiyanın yeni “ulduzu” kimdi?
  • Dünən, 19:50
    U-20 millimiz ilk matçda qələbə qazandı
  • Dünən, 19:35
    U-17 millimiz Qazaxıstana yenə uduzdu
  • Dünən, 19:16
    “Palmeyras” “Flamenqo” ilə xal fərqini 7-yə çatdırdı - İCMAL
  • Dünən, 18:47
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 18:13
    Kocaman bu ulduzun ''Fənərbaxça''da qalmasını istəyir
  • Dünən, 17:45
    “Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
  • Dünən, 17:09
    Banner açılmayacaq, amma dəstək olacaq – Qəbələ U-20-nin oyununa hazırdımı?
  • Dünən, 16:53
    "Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
  • Dünən, 16:38
    Fransa təmsilçisi ''Trabzonspor''dan FİFA-ya şikayət etdi!
  • Dünən, 16:10
    Bu gün Lənkəranda güləş festivalı keçiriləcək
  • Dünən, 15:56
    "Şəfa" üç futbolçu ilə yolları ayırdı
  • Dünən, 15:27
    AFFA-nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu
  • Dünən, 15:05
    Ölkəmizdən Dünya Millətlər Kubokuna 13 boksçu qatılacaq
  • Dünən, 14:37
    Xəyal müalicə olunmaq üçün Madridə getdi
  • Dünən, 14:06
    “Mən istefa verməmişəm” - Firuz Abdulla və mətbuat katibi iclası gözləyir
  • Dünən, 13:52
    San Marinoya da yox da!
  • Dünən, 13:33
    “Sabah”ın Bakı seçmələrinə yekun vuruldu
  • Dünən, 13:16
    Əziz Yıldırım 2926 gün sonra geri döndü! - “Fənərbaxça” keçmişlə yaşamağı sevir”
Daha çox
Oxunub: 723
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 258
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 161
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Oxunub: 160
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə