“Sabah” akademiyasının Bakı üzrə keçirilən seçmələri başa çatıb.
"Football-plus.az" xəbər verir ki, seçmələrdə 2010-2019-cu il təvəllüdlü ümumilikdə 2 mindən çox uşaq və yeniyetmə iştirak edib.
Seçmələr nəticəsində 120 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
"Sabah" daha əvvəl Zaqatala və Qusar rayonlarında da seleksiya məşqləri təşkil etmişdi.