“Dinamo” 1997-ci ildən mövcud olan loqomuzla çıxış edəcək”

17.08.2023 12:16 279
Aktual / Ölkə futbolu
AFFA İcraiyyə Komitəsinin dünənki qərarlarından “Dinamo”nun bərpası da diqqəti çəkir.

"Football-plus.az" xəbər verir ki, Vaxtilə ölkə çempionatında Bakı "Dinamo"su çıxış edib. 2004-cü ildə komandanın adı dəyişib və "Bakı" olub. Tarixə qovuşan "Bakı"da yüksək post tutan Yaşar Seyidovdan yeni yaradılan komandanın onlarla nə dəcədədə bağlı olub-olmadığını öyrəndik:

"İkinci liqada çıxışına icazə verilən "Dinamo" vaxtilə yaratdığımız "Dinamo-Bakı"nın, sonralar isə adını dəyişərək "Bakı" adlandırdığımız komandanın hüquqi və mənəvi varisidi. Klub 1997-ci ildən mövcud olan loqomuzla çıxış edəcək. İnanıram ki, "Dinamo" adına layiq çıxış etməklə keçmişimizi də yaşadacaq". 

ABDULLA İSMAYILOĞLU