• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əziz Yıldırım 2926 gün sonra geri döndü! - “Fənərbaxça” keçmişlə yaşamağı sevir”

Dünya futbolu

9-06-2026, 13:0

“Fənərbaxça” camiəsi ötən həftəsonunu böyük maraqla gözləyirdi. Çünki Əziz Yıldırımla Hakan Safinin qatıldığı növbədənkənar prezident seçkisinə iyunun 7-də yekun vurulmalıydı.

"Football-plus.az"ın məlumatına görə, klubun gələcək strategiyası da məhz bu seçkilərin nəticələrindən asılı idi.

Hakan Safi ulduzlarla anlaşsa da...
Əvvəlcə iyunun 6-da “Fənər”in ev oyunlarını keçirdiyi “Çobani” stadionunda rəsmi üzvlər toplandı. Əziz Yıldırımın tərəfdarları bir tərəfdə, Hakan Safinin tərəfdarları digər tərəfdə əyləşdirildi. Maraqlıdı ki, hətta onların tribunadakı mövqeyi üzündən də ciddi gərginlik yaşandı. Hər iki namizəd sonuncu dəfə camiəyə səslənərək planlarını və hədəflərini açıqladı. Yıldırım seçkiyə “Bizim Fənərbaxçamız”, Safi isə “Fənərbaxçam, Nə İstəyirsən” şüarı ilə qatıldı. Əslində camiədə populyarlığı elə də böyük olmayan və Yıldırım önündə şansları yüksək qiymətləndirilməyən Hakan Safinin sürpriz edəcəyinə inam əvvəlcədən çox deyildi. Amma ədalət naminə deyək ki, bu iş adamı əlindən gələni etdi. O, maddi gücünü və Avropadakı əlaqələrini işə salaraq son günlərdə transfer mövzusunda əməlli-başlı bütün diqqətləri üzərinə çəkdi. Seçki kampaniyasının gedişində “Milan”ın və İtaliya yığmasının əfsanəsi Paolo Maldinini Türkiyəyə gətirməklə əlini gücləndirməyə çalışan Safi transfer bombalarını bir-bir partlatmağa başladı. Luis Suares, Merih Dəmiral, Meyson Qrinvud, Hakan Çalhanoğlu...

Bəli, bu ulduzların bir andaca adları İstanbul nəhəngi ilə yanaşı hallanmağa başladı. Hətta heç vaxt “Qalatasaray”lı olduğunu gizlətməyən və ötən yay “Cim-Bom”a keçməyin biraddımlığında olan Çalhanoğlu da Safi ilə görüşdən sonra “sarı-lacivərdlilər”ə keçməyə razılıq verdi! Tərəflər arasında anlaşma əldə olunduğunu Çalhanoğlunun meneceri də təsdiqlədi. Ancaq bu futbolçuların klubları və klubların rəsmiləri paylaşımları, açıqlamaları ilə göstərdilər ki, həmin oyunçuları asanlıqla buraxmaq niyyətində deyillər. Məsələn, “İnter”in idman direktoru Pyero Auzilio “Hakan müqavilə ilə bizə məxsusdu və onu komandada saxlamaq istəyirik. “Fənərbaxça” cəbhəsində deyilən sözlərin nəyisə dəyişəcəyini düşünmürəm” açıqlamasını verdi. “Əl-Əhli” Merihin Asiya Çempionlar Liqasının kuboku ilə olan şəklini paylaşaraq onu buraxmaq istəmədiyinə işarə vurdu. Portuqaliya nəhəngi “Sportinq”in prezidenti Frederiko Varandaş isə Suaresin sərbəstqalma maddəsinin 80 milyon avro olduğunu xatırlatdı və Hakan Safi seçkidə qalib gəlsə belə, bu məbləğdən bir qəpik də olsun aşağı düşməyəcəklərini bildirdi.

Yıldırım: 13-cü qələbə, rekord səs
Əslində başqa bir dönəm olsaydı və ya qarşısında başqa bir rəqib olsaydı, Hakan Safinin bu ulduzlu taktikası bəlkə də işə yarayardı. Amma indi “Fənərbaxça”ya ulduz yox, çempionluq lazımdı. Çünki çempionluq həsrəti çəkilən son 12 ildə komandaya yetərincə dünya səviyyəli ulduzlar gəlib. Əziz Yıldırımın seçki kampaniyası isə yetərincə sadə və konkret idi. O ilk gündən bildirdi ki, əsas hədəfi çempionluq həsrətinə son qoymaqdı. 73 yaşlı Yıldırım dünya ulduzlarını yox, yalnız faydalı futbolçuları gətirəcəyini bildirdi. O vurğuladı ki, hədəfi prezidentlik yox, çempionluq yaşamaqdı. Yəni komanda çempion olsa, Yıldırım lap gələn il də vəzifəsindən ayrılmağa hazırdı. Özü də nəzərə alaq ki, builki növbədənkənar seçki olduğundan gələn yay da “Fənərbaxça”da seçki keçiriləcək!

İyunun 7-də yerli vaxtla saat 18.00-dan etibarən seçki sandıqları açılmağa başlandı. Əziz Yıldırım ilk sandıqlardan etibarən ciddi üstünlük yaxaladı və bu üstünlük getdikcə artmağa başladı. Sandıqların yarısı belə açılmamış artıq Yıldırımın qələbəsinə şübhə yeri qalmadı və Hakan Safinin tərəfdarları yavaş-yavaş tribunaları tərk etməyə başladı. Beləliklə, axşam saatlarında 45 sandığın hamısı açıldı və nəticələr ictimaiyyətə bəlli oldu. Səsvermədə klubun 27387 üzvü iştirak etdi və onlardan 27172-nin səsi keçərli sayıldı. Əziz Yıldırım 17245 səs topladı ki, bu, yeni rekord kimi klub tarixinə düşdü! Hakan Safi isə yalnız 9927 səs toplaya bildi. Bununla da Yıldırım 8 il 4 gün, daha dəqiq desək, 2926 gündən sonra “Fənərbaxça” prezidentliyinə döndü! 2018-ci il iyunun 3-də baş tutan seçkidə o, Əli Koça uduzmuşdu. Maraqlıdı ki, əvvəlki rekord məhz həmin seçkidə qeydə alınmışdı. O vaxt Koç 16092 səs yoplamışdı. Bu, Yıldırımın qələbəsi ilə yekunlaşan ümumilikdə 13-cü seçki oldu. O, daha öncə 20 il (1998-2008) bu vəzifəni icra edib. Onun dönəmində “Fənər” 6 çempionluq qazanıb.

Maldini seçkinin nəticəsini gözləmədən Safidən üz döndəribmiş
Qələbənin ardından Yıldırım bunları dedi:

“Bu gün camiəmizdə çox önəmli bir seçki keçirildi. Amma qalib gələn Əziz Yıldırım və onun tərəfdarları yox, “Fənərbaxça” oldu. Bu gündən etibarən Hakan Safinin, eləcə də camiənin digər önəmli isimlərinin bir araya gəlməsini arzulayıram. İnşallah, gələn il bu vaxtlarda bu stadionda artıq çempionluğumuzu qeyd edərik. İndi küsmək zamanı deyil. Bir-birimizə sarılmalıyıq. Çünki camiənin birliyə və bərabərliyə ehtiyacı var. “Fənərbaxça”nın böyüklüyünün itməsinə imkan verməməliyik”.

Hakan Safi isə bunları dedi:

“Camiəyə yeni həyəcan və nəfəs gətirməyə çalışdım. Ciddi büdcə (250 milyon avro – red.), sərmayə və transferlər söz verdim. Ancaq “Fənərbaxça” keçmişlə yaşamağı sevir. Əziz başqanı da təbrik edirəm. İnşallah, uğur qazanar. Mən hər zaman bu camiənin qulluğundayam. Camiə belə məsləhət gördü. Hər şey zamanla bəlli olacaq. Mənə səs verənlərə təşəkkür edirəm. Səs verməyənləri isə anlamağa çalışıram. Onların necə bir komanda görmək istədikləri zamanla üzə çıxacaq. Hər şey üçün təşəkkür edirəm”.

Bu arada iddialara inansaq, Hakan Safi ilə Maldininin münasibətləri artıq seçki baş tutmamış pozulmuşdu. İtaliyanın “Sportmediaset” nəşrinin yazdığına görə, Maldini seçkinin nəticələrini gözləmədən Safinin layihəsindən tam çəkilməyə qərar veribmiş! “Milan”ın əfsanəsini narazı salan məqam Hakan Safinin üslubu və ünsiyyət tərzi olub. Maldinin fikrincə, Safi hər şeyə çox tez nail olmaq üçün aqressiv davranış sərgiləyib. Onu tam geri çəkilməyə vadar edən səbəb isə Hakan Safinin tamamlanmayan transferləri ictimaiyyətə açıqlaması olub. Məhz bu üzdən Maldini son günlərdə artıq çox soyuq davranırdı. Seçkidən 2-3 gün öncə “Faruk Ilqaz” bazasında Safi klub üzvləri ilə bir araya gələrkən Maldini də səhnəyə çıxıb danışmalıymış. Safi o gün Maldininin səhnəyə çıxmamasını ayağındakı problemlə ört-basdır etməyə çalışmışdı. Ancaq həmin vaxt italiyalı əfsanənin səhnəyə çıxmamasının səbəbi məhz indi aydın olur... İstənilən halda “Fənər”də daha bir mühüm seçki geridə qaldı və bundan sonra bütün diqqətlər Əziz Yıldırımın atacağı addımlara yönəlib.

Yeni məşqçi bəllidi?
Yıldırım Hakan Safinin anlaşdığı uşduzlardan yalnız birini – Hakan Çalhanoğlunu “Fənər”ə gətirməyə cəhd göstərəcək. Digər isimlər isə onun planlarına daxil deyil. Həllini gözləyən ilk məsələ, təbii ki, baş məşqçinin kimliyidi. Qeyri-adi nəsə baş verməsə, “Fənərbaxça”nın (köhnə) yeni baş məşqçisi Aykut Kocaman olacaq! Hər halda, Türkiyə mənbələrinin iddiasına görə, bu təyinatın rəsmiləşmək ehtimalı 99 faizdi. Maraqlıdı ki, Kocaman 5 ilə yaxındı işsizdi. O sonuncu dəfə “İstanbul BŞ”ni çalışdırıb və ordan 2021-in oktyabrında ayrılıb. 12 ildi çempion ola bilməyən bir komandanı 5 ildi işsiz olan bir məşqçiyə tapşrımağın nə dərəcədə məntiqli addım olduğunu zaman göstərəcək. Hər halda, Kocaman “Fənər”i artıq bir dəfə - 2011-ci ildə çempion edib. Bu, onun baş məşqçi kimi klubdakı 3-cü dönəmi olacaq. İstanbul nəhənginin yeni baş məsləhətçisi Oğuz Çətin olacaq. Əziz Yıldırımın əsas planlarından biri sabiqləri bir araya yığmaqdı. Ona görə də məşqçilər korpusuna Volkan Dəmirəl, Dirk Kuyt və Pyer Vebo kimi isimlərin daxil edilməsi gündəmdədi. Hazırda onların hər biri ilə danışıqlar davam edir. Əziz Yıldırım çoxsaylı transfer istəklərini və yaranacaq fikir ayrılıqlarını nəzərə alaraq əcnəbi məşqçi ilə çalışmaq istəmir. O dərhal nəticə qazanmaq istədiyi üçün camiəni və Türkiyə futbolunu yaxından tanıyan yerli məşqçiyə etibar etmək arzusundadı. Bu meyara ən çox uyğun gələn isim isə Kocamandı.

Transfer məsələlərinə gəlincə, yenə də Türkiyə mənbələrinin yazdığına inansaq, iki hücumçunun keçidi tamamlanmaq üzrədi. Söhbət Seru Girassi ilə Vedat Muriqidən gedir. Onsuz da Yıldırım prezident seçiləcəyi təqdirdə bu futbolçuların transfer olunacağı ilə bağlı xəbərlər hələ mayın ortalarından mövcud idi. Ona görə də onların keçidinin ən qısa müddətdə açıqlanması sürpriz olmayacaq. Son üç mövsümdə “Ştutqart” və Dortmund “Borussiya”sının heyətində bundesliqada 66 qol vuran Girassi “Fənər”ə təxminən 30 milyon avroya başa gələcək. “Malyorka”nın 18 milyon avroluq tələbinə baxmayaraq, Muriqi isə 15,5 milyon avroya transfer edilib. Ailəsi ilə birlikdə Antalyada tətildə olan təcrübəli kosovolu forvard dünən danışıqları tamamlamaq üqçün İstanbula gəlib. Daha öncə 2019/20-də “Fənər”də top qovmuş 32 yaşlı futbolçu son mövsümü 37 oyun, 23 qol göstəricisi ilə tamamlayıb. Ümumilikdə “Fənər”in bu yay təxminən 5-7 yeni futbolçu alacağı gözlənilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-05-2026, 23:0

Əziz Yıldırımın sabiq sağ əli onun rəqibinə dəstək verdi

Dünya futbolu

6-05-2026, 15:0

Əziz Yıldırım prezidentliyə namizəd oldu və digər namizədlərə birləşməyi təklif etdi!

Dünya futbolu

23-05-2026, 14:0

Hakan Safidən Əziz Yıldırım və Osimhen açıklaması - ''İstəsəm, onu alardım''

Dünya futbolu

11-05-2026, 22:0

Əziz Yıldırımın rəqibi ''Milan''ın ulduzunu ''Fənər''ə gətirmək istəyir

Dünya futbolu

7-06-2026, 16:0

Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!

Dünya futbolu

6-06-2026, 12:0

Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!

Aktual
6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
“Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
“İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
“Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
“Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Son xəbərlər
  • Bu gün, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Bu gün, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Bu gün, 20:39
    "Zirə" fərqi artırdı - YENİLƏNİR
  • Bu gün, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
  • Bu gün, 19:45
    "Torpedo" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:00
    “Hossam Messini “10 nömrəli oyunçu” adlandırırdı”
  • Bu gün, 18:35
    "Kəpəz"dən növbəti transfer
  • Bu gün, 18:12
    “Rəhman Daşdəmirov bizi həddən artıq çətin duruma saldı” – “Nyu Seynts”in saytı
  • Bu gün, 18:00
    “Trabzonspor” “Beşiktaş”ın rəqibindən oyunçu aldı
  • Bu gün, 16:57
    "Araz-Naxçıvan"da yeni hücumçu
  • Bu gün, 16:26
    DÇ-2026-nın iştirakçısı intihar edib? - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:55
    “Azərlotereya” jurnalistlər arasında “FC 26” çempionatı keçirdi
  • Bu gün, 15:30
    La Liqada yeni mövsümün 5 oyunu təxirə salınacaq
  • Bu gün, 14:59
    Makqreqor uduzdu, amma milyonlar qazandı
  • Bu gün, 14:05
    “İstənilən təxribata hazır olmağın vacibliyini deyirəm” - Atanur Cəfərli azərbaycanlı azarkeşlərə xəbərdarlıq etdi
  • Bu gün, 13:51
    “Lazım olarsa, baş məşqçi Rəşad Sadıqov bu barədə futbolçulara məlumat verəcək” - gürcü azarkeşlər “qartallar”ı necə qarşılayacaq?
  • Bu gün, 13:20
    Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü
  • Bu gün, 12:59
    "Şamaxı" gürcüstanlı hücumçu transfer etdi
  • Bu gün, 12:44
    “Hədəf yarışın indiyədək keçirilmiş cüdo üzrə dünya çempionatları arasında ən yaxşısı olmasıdı”- Rəşad Rəsullu
  • Bu gün, 12:25
    Bakıda olacaq DÇ-nin rəsmi loqosu və tanıtım çarxı təqdim edildi
  • Bu gün, 11:54
    Millimiz İngiltərəyə qalib gəldi
  • Bu gün, 11:23
    Alkaras daha bir turniri buraxacaq
  • Bu gün, 10:52
    “Hələ də güclənməyə ehtiyac var” – “Forza Neftçi” həm razıdı, həm də narazı
  • Bu gün, 10:31
    "İmişli"də növbəti ayrılıq
  • Bu gün, 10:00
    Oveçkin qonşusu ilə barışdı və ...Messiyə qonşu oldu
  • Bu gün, 01:06
    Argentina finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:54
    "Neftçi": açıq məşq və brifinq təşkil olunacaq
  • Dünən, 23:32
    "Komanda oyuna tam hazırdı" - Qurban Qurbanov
  • Dünən, 22:36
    Qalenoyi ilə müqavilə yeniləndi - DÇ-nin QƏRARI
  • Dünən, 21:55
    Yarımfinal oyununa çıxa biləcəklər?
  • Dünən, 21:24
    “Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
  • Dünən, 21:12
    “Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
  • Dünən, 20:50
    "Hadisələrin axarını dəyişmək üçün əllərindən gələni edəcəklər" - Rəşad Sadıqov
  • Dünən, 20:30
    Ronaldonun klubunda maliyyə problemi yaranıb
  • Dünən, 19:20
    İngiltərədə klubunu dəyişəcək
Daha çox
Oxunub: 232
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 216
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 212
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 205
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 159
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə