Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq

19.02.2024 17:53 203
Ölkə futbolu
Mahir Məmmədov AFFA İcraiyyə Komitəsinin yeni heyətində yer almayacaq.

"Football-plus.az" xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Şahmat Federasiyasının prezidenti də olan Mahir Məmmədov bu vəzifədən getmək fikrində olduğunu söyləyib:

"Ölkədə şahmatın səviyyəsinin artmasını, işlərimizin vacibliyini nəzərə alaraq bu qərara gəldim. Bütün ictimai işimi bu sahəyə yönəltmək, cəmləşdirmək niyyətindəyəm".

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçirilməsi planlaşdırılır.