• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Get, dönmə geri! - KÖŞƏ

Manşet / Yazarlar

24-11-2023, 13:0

Bizim cavan vaxtlarımızda xeyli məşhur olan mahnılardan birinin sözləri belə idi: “Get, dönmə geri. Apar özünlə qəmi-kədəri”.

Canni De Byazi də Azərbaycanı tərk etdi. Hansısa xüsusi emosiya yaşadığımı desəm, yalan danışmış olaram. Yox, əcnəbi mütəxəssisin millimizdən ayrılmasına kədərlənmirəm. Amma onun bütün qəmi-kədəri özüylə aparacağına heç də inanmıram. Ona görə də hansısa xüsusi sevinc hissi keçirdiyimi desəm, səmimi davranmaram. De Byazi getdi, amma AFFA rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri, Azərbaycan futbolunu idarə edənlər yerindədi. Bu səbəbdən də mən futbolumuzun gələcəyi ilə bağlı nikbin düşüncələrə dalmağa, problemlərin tezliklə həllini tapacağına inanmağa tələsmirəm. Sözün qısasa, gələcəklə bağlı ümidlərim o qədər də böyük deyil.

Şahin Diniyevin dünən verdiyi açıqlamanı oxudum. Ürəyimdə Şahin bəyə bir daha “əhsən” dedim. Diniyev uzun müddətdi Azərbaycan futbolunun içindədi. Həm futbolçu kimi millimizin formasını geyib, həm də məşqçi kimi onu meydana çıxarıb. Şahin bəy Azərbaycan millisini çalışdıranda Qazaxıstan bizə uduzmadığına görə sevinirdi. İndi Qazaxıstan hardadı, biz harda?! Sözsüz, nə ondakı vəziyyət, nə də indiki bilavasitə baş məşqçinin kimliyi ilə bağlı olan məsələ deyil. Şahin bəyin özünün dediyi kimi, biz 32 ildi elə baş məşqçiləri dəyişirik. Amma Azərbaycan futbolunda, millimizin nəticələrində heç nə dəyişmir. Elə buna görə də De Byazinin gedişindən sonra milli komandamızın nəticələrinin sürətlə yaxşılaşacağını, Avropa və dünya çempionatının seçmə mərhələlərində qrupdan çıxmaq uğrunda mübarizə aparacağımı düşünmək sadəlöhvlükdü. Diniyev də elə bunları deyib.

Bir vaxtlar onu millimizdən uzaqlaşdırmaq istəyən qüvvələr komandamızın böyük hesabla uduzmasına da razı idilər. Şahin Diniyevi o həddə gətirib çıxardılar ki, Serbiya ilə Bakıdakı oyundan sonra bir neçə gün harda olduğunu bilmədik. Hətta onun intihar həddinə çatdığı da deyilirdi. Təəssüflər olsun ki, Diniyevin başına gətirilənlər bu ölkənin futbol tarixində yeganə “qara ləkə” deyil. Biz indiyə qədər Qurban Qurbanovun çalışdırdığı milli komandanın Kosovoya 0:4 hesabıyla uduzması ətrafındakı “sirr pərdəsi”ni çözə bilməmişik. Bu oyun ərəfəsində və 90 dəqiqənin gedişində nələrin baş verdiyini bilmirik. Məqsəd Qurban Qurbanovu urvatsız edib, millidən uzaqlaşdırmaq idi. Buna da nail oldular. Berti Foqtsdan üzübəri millini əcnəbilərə tapşıranlar Qurban Qurbanov üzərində “möhtəşəm qələbə” çaldıqdan sonra yenə də öz bədnam əməllərinə davam etdilər.

Bəlkə də çox uzağa gedirəm, sizi yaxın keçmişə neçənci dəfəsə səyahətə aparıram. Əslində hamımız hər şeyi bilirik. Kimisi dillənir, danışır, yazır. Kimisə də üzünü çevirib gedir, susmağa üstünlük verir. Foqtsun gedişinə çəpik çalırdıq, Prosineçkinin gedişinə sevinirdik, Yurçeviç yola salınanda dərindən köks ötürdük, indi də De Byazi ilə yolların ayrılması ilə problemlərin bitəcəyinə inanacıq. Amma belə futbol olmur. İllərdi ki, bunu deyirik, hayqırırıq, yazıb isbatlayırıq. Eşitmək və görmək istəmirlər.

İki gün bundan əvvəl “İctiami” TV-nin efirində dəyərli həmkarlarımın iştirakıyla müzakirələr aparılırdı. Cəsarətli çıxışlar eşitdik, məntiqli müzakirələr aparıldı. Hər birinə təşəkkür edirəm. Di gəl ki, bu müzakirələrin nəticəsi nə olacaq? İllər öncə bu sözləri “İdman” TV-nin efirində açıq dillə dediyimə görə mənim ekrana çıxışıma qadağa qoyulmadımı? Mənim üzümə qapadılan efirdə bir həftə sonra AFFA-nın o vaxtkı baş katibi Elxan Məmmədov çıxış etdi. Bəh-bəhlə futbolumuzu inkişaf etdirdiklərini dedi, yalanı düz evimizin içinə qədər ötürdü. Çox keçmədi ki, AFFA millinin baş məşqçisi postuna italiyalı Canni de Byazini gətirdi. Bu həmin vaxt idi ki, koronavirus dünyanı cənginə alırdı, 75 yaşından yuxarı insanları evdən bayıra çıxmamağa çağırırdılar. AFFA isə yaşı 65-ə çatmış italiyalı mütəxəssisdən mədət umurdu, onun millimizi “ağ günə çıxaracağına” bizi inandırmağa çalışırdı. AFFA ilə ciddi dildə danışmağın mənasızlığını anladığımdan həmin vaxt zarafata salıb deyirdim ki, De Byazini Bakıda koronavirus tutacaq, kişini xilas edə bilməsək, dünyaya rəzil olacağıq.

Uzun sözün qısası, De Byazi getdi, futbolumuzun problemləri yerindədi. Çünki o problemləri yaradanlar heç yerə getməyib. Amma buna görə Canninin gedişinə təəssüflənməyə dəyməz. Qoy getsin. Bir daha geri dönməsin. Onsuz da bundan sonra ona ciddi iş tapşıran olmayacaq.

AMAL

Paylaş:
Digər xəbərlər

Aktual

13-04-2023, 11:0

İclas bitməyib, De Byazi getdi...

Ölkə futbolu / Manşet

6-10-2022, 18:0

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

Yığma / Manşet

22-11-2023, 11:0

Əlvida, Canni de Byazi!

Ölkə futbolu

21-11-2023, 14:0

AFFA sabah De Byazi ilə bağlı qərar verəcək

Ölkə futbolu

22-11-2023, 10:0

De Byazi İcraiyyə Komitəsinin fövqəladə iclasını tərk etdi

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 162
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə