De Byazi İcraiyyə Komitəsinin fövqəladə iclasını tərk etdi

22.11.2023 10:31 218
Ölkə futbolu
AFFA-nın İcraiyyə Komitəsinin (İK) fövqəladə iclası başlayıb.

"Football-plus.az" xəbər verir ki, İK üzvlərindən Fərid Mansurov, Elxan Məmmədov, Mahir Məmmədov və Elmar Məmmədyarov toplantıda iştirak etmir.

İclasın gündəliyinə millimizin baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırılıb-artırılmama məsələsi daxil edilib.

Qeyd edək ki, De Byazi iclası erkən tərk edib. Özü də arxa qapıdan... 67 yaşlı mütəxəssis toplantıda cəmi 10 dəqiqə iştirak edib.