• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Rəqibi təhlil etmək üçün əlimizdə olan material azdı” – kapitan etiraf etdi

Aktual / Müsahibə

14-10-2023, 14:0

Qadın voleybolçular arasında son ölkə çempionatının qalibi "Azərreyl", heç şübhəsiz, yenə iddialıdı.

"Football-plus.az" xəbər verir ki, “Dəmiryolçular” oktyabrın 17-də mövsümün ilk rəsmi matçında Çağırış kubokunun 1/32 finalı çərçivəsində "Balta" ilə qarşılaşacaq. Avrokubokdakı oyunlar və yeni mövsüm barədə "sarı-qaralar"ın kapitanı Aynur İmanova ilə söhbətləşdik.

- Yeni mövsümə hazırlıq necə gedir?
- Çox yaxşı. Özümə və komandama güvənirəm. İstər avrokubok, istərsə də çempionat oyunlarında qarşılaşacağımız hər rəqibə qarşı fərqli hazırlaşırıq. Həmçinin də rəqibin oyunlarını təhlil edirik.

- Demək olar ki, bu mövsüm yenilənmiş "Azərreyl" izləyəcəyik. Komandaya yeni qoşulanlar Bakıya və kollektivə uyğunlaşa bilir?
- Bəli, əvvəlki illərə baxsaq, son illərdə "Azərreyl"in dəyişdiyini görürük. Düzdü, oyunçuların əksəri legionerlərdi. Bu da limitin aradan götürülməsi ilə bağlıdı. Əlbəttə, Bakıya və komandaya yavaş-yavaş uyğunlaşırlar.

- Çempionata və avrokuboklara neçə faiz hazırsız?
- İndi bütün hazırlığımızı Çağırış kubokundakı oyunumuza yönəltmişik. Neçə faiz deməyim, amma məqsədimiz yaxşı oyun göstərib qalib gəlməkdi.

- 3 gün sonra Çağırış kubokunda Ukrayna "Balta"sına qarşı vacib oyuna çıxırsız. Bu görüşdəki şanslarınız nə qədərdi?
- Düzdü, bizim üçün çox vacib oyundu. Klub olaraq bu mövsüm ilk rəsmi oyunumuzdu. Yerli komandalarla yoldaşlıq oyunları keçirmişik, amma rəsmi matç başqadı. Şansımızı yüksək görürəm.

- Rəqibi nə dərəcədə təhlil eləmisiz?
- "Balta"nın bir-iki videosu bizdə var. Ancaq rəqibi təhlil etmək üçün əlimizdə olan material azdı. Rəqibin oyun qurucusunun hansı oyunçu ilə çox oynamasına, hansı voleybolçunun qəbulda zəif olmasına və bir çox elementlərə baxmalıyıq. Ukraynalılar haqda əlimizdə az informasiya olmasına baxmayaraq, əlimizdən gələni edib qalib gələcəyik.

- Hər iki görüşdə qalib gələcəyinizə inanırsız?
- İnanıram ki, biz udacağıq. Başqa yolu yoxdu.

- "Azərreyl"in bu mövsümdəki hədəfləri nədi?
- İlk öncə hədəfimiz Çağırış kubokudu... Əlbəttə, sonra da ölkə çempionu olmaq.

- Səncə, bu mövsüm maraqlı çempionat izləyəcəyikmi?
- Bəli, çempionat maraqlı olacaq. Bunun da səbəbi legionerlərin çox olmasıdı. Belə olanda da rəqabət güclü olur.

- Ölkə çempionatında hansı rəqibi "Azərreyl" üçün çətin sayırsan?
- "Abşeron"la "Buta"ya qarşı təlim-məşq toplanışı zamanı oyunlar keçirmişik. Qalan rəqiblərin matçlarını görməmişəm. Buna görə də nəsə deyə bilmərəm.

- 34 yaşlı Aynur İmanova daha neçə il voleybol oynamaq niyyətindədi?
- Bunu ilk soruşsan siz deyilsiz. Artıq o qədər soruşublar ki... Tək bir cavab verirəm, harda qırılar, qırılar... Onda da gedəcəm (gülür).

- Bundan sonra milli karyeranı davam etdirmək istəyirsən?
- Əlbəttə, böyük fəxrlə. Millidə oynamaq böyük qürür və şərəfdi.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

1-10-2023, 16:0

“Azərreyl” “Balta”nın önünə nə ilə çıxacaq?

İdman / Manşet

14-09-2023, 18:0

Amerikalı blokçu "Azərreyl"də - RƏSMİ

İdman / Manşet

5-09-2023, 23:0

Onlar yenidən "Azərreyl"li oldu

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Bu gün, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Bu gün, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Bu gün, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Bu gün, 17:58
    Milandan Turinə yollana bilər
  • Bu gün, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Bu gün, 16:01
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Bu gün, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Daha çox
Oxunub: 205
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 96
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə