Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
"Football-plus.az" xəbər verir ki, komanda ABŞ-dan blokçu Tauri Mejini rənglərinə bağlayıb. 186 sm boya malik blokçu ilə 1 mövsümlük müqavilə imzalanıb. O, ABŞ-ın “Texas Universiteti”ndən transfer olunub. Meji karyerasında ilk dəfə ölkə xaricində oynayacaq.
Bununla da komandamızın müqaviləsini rəsmiləşdirdiyi voleybolçularının sayı 7-yə çatıb. Daha öncə Aynur İmanova, Raziyə Əliyeva, Asiyat Abuyeva, Xanım Cəlilova, Aişə Alismanova, həmçinin xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, "Azərreyl" Çağırış Kubokunda Ukraynanın "Balta" kollektivi ilə üz-üzə gələcək. 1/32 final çərçivəsində baş tutacaq qarşılaşmalar oktyabrda keçiriləcək.