• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dəyişməyən “üçlük”, “Real Sosyedad”ın yüksəlişi, 7-ci yer uğrunda amansız mübarizə... - TƏHLİL

Dünya futbolu

2-08-2023, 22:0

Son illər İspaniyadan Çempionlar Liqasına eyni komandaların qatılmasına öyrəşmişik.

“Football-plus.az” xəbər verir ki, prinsipcə bu mövsüm də mənzərə təkrarlandı, ancaq bir nüans var. 4-cü yeri tutan “Real Sosyedad” 10 ildən sonra qitənin əsas klub turnirinə qayıtdı. Basklar “Vilyarreal” və “Betis” ilə müqayisədə daha sabit oyun göstərdi. Onlar mövsümün sonunda hətta “Real”ı evdə, “Barselona”nı səfərdə məğlub etdi. “Sevilya”! UEFA tezliklə Avropa Liqasının adını dəyişib Sevilya Liqası qoysa, yeri var. Əndəlüslər çempionatda son illərdəki ən zəif mövsümlərindən birini keçirdi, ÇL-dən Avroliqanın pley-offuna yuvarlandı, üç məşqçi dəyişdi və... qalib gəldi! Özü də indiyə qədər avrokubokların finalında heç vaxt və heç kimə uduzmayan Mourinyonun çalışdırdığı “Roma”ya!

Lider “üçlük” çoxdan dəyişmir. Son üç ildə çempionluğu “Atletiko”, “Real” və “Barselona” qazanıb. “Atletiko” çempionluq mübarizəsinə müdaxilə edə bilərdi. Ancaq Simeonenin komandası mövsümün əvvəlində yatdı. ÇL-də çıxış alınmadı, Qrizmann “Barsa” ilə həll olunmayan problem üzündən bütün gücü ilə oynamadı, hücumda və müdafiədə xaos var idi. Yalnız yanvarda işlər yoluna düşdü. “Atletiko” artıq önə çıxan liderlərə çatmağa çalışdı. Ancaq “Barsa”dan alınan iki məğlubiyyət, üstəlik 2-ci yerin “Real”a təhvil verilməsi onu göstərdi ki, Simeone üçün böyük komandalarla oynamaq hələ də problemdi. Ançelottinin belə problemi yoxdu. Düzdü, o, qələbə sayında Xaviyə 2:3 uduzdu, ancaq belə çətin mövsümdə “Real”a 2014-dən bəri həsrət qaldığı titulu qazandırdı. “Real”ın dəyişməli olduğunu hələ 2018-də komandadan ayrılan Zidan demişdi. Həmin vaxtdan bəri müəyyən dəyişikliklər olub. “Real”ın ardıcıl 6 il ÇL-in 1/8 finalından o yana gedə bilmədiyini xatırlayırsızmı? Bu dəfə veteranların gücü üç cəbhədə mübarizə aparmağa yetmədi və “Barsa” vaxtından əvvəl çempion oldu.

“Barsa” ölkədaxili bütün turnirləri qazanmaq şansına malik idi, özü də çoxlu rekord müəyyənləşdirməklə. Məsələn, kubokun cavab oyununda evdə “Real”a uduzmamaq olardı. Və ya titul qazanılandan sonra La Liqada arxayınlaşmağa dəyməzdi. Xavi bütün bunları görür və anlayır. Problem isə bəllidi – yüksək səviyyəli oyunçular almaq üçün pul yoxdu. Mövsümün əvvəlində iki heyətlə bağlı söhbət gedirdisə, sonradan aydın oldu ki, bunların gücü bərabər deyil, Dembele sıradan çıxan kimi hücum zəiflədi. “Barsa” turnir məsafəsi boyunca minimum səhvə yol verdi. Amma bir çox oyunda 1:0 yox, 3:0 hesabıyla da qələbə qazanmaq olardı.

Levandovskinin əvəzedicisi lazımdı. Belədə komanda yeni mövsümdə nəinki İspaniyada, son iki ildə boşa verdiyi ÇL-də də səs sala bilər.

Avrokuboklara bir vəsiqə uğrunda iki-üç komandanın mübarizə aparması normal haldı. Sadəcə, İspaniyada mövsümün sonunda artıq ilk 6 yerin sahibi bəlli idi, 7-ci yer uğrunda əsl müharibə gedirdi. “Vilyarreal” uzun müddət “Real Sosyedad”a təzyiq göstərdi, 4-cü yerdən sıxışdırmağa çalışdı, ancaq sonda dözmədi. Emerini əvəz edən Setyen çempionatda “Real”ın əsəblərini korladı (iki qələbə), ancaq sonda “Valyadolid”, “Sevilya” və “Rayo Valyekano”ya uduzdu, “Valensiya”nı məğlub edə bilmədi.

“Betis” əvvəlcə “ÇL zonası”na iddia edirdi, sonra heç olmasa, 5-ci yerə, ancaq sonda “Vilyarreal”dan 4 xal geri qalmaqla 6-cı yeri tutdu. Həlledici məqam Fekirin zədə üzündən sıradan çıxması oldu.
Avrokuboklar vəsiqə qazanan sonuncu xoşbəxt “Osasuna”dı. Pamplona klubu ölkə kubokunu qazanacağına çox inanırdı, ancaq rəqib “Real” olanda bu vəzifə çətinləşir. Arrasate kuboku qazanmaq naminə hətta çempionata da laqeyd yanaşdı, sonradan rəqiblərə çatmalı oldu. Sonda 7-ci yer uğrunda mübarizə aparan birbaşa rəqiblər – “Atletik” və “Jirona” üzərində qazanılan ev qələbələri komandanı KL-ə daşıdı.

Turnir cədvəlinin yuxarı hissəsinin bəxtsizləri 4 klubdu. Əslində elitada qalmaq yox, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq “Malyorka” və “Jirona” üçün xoşbəxtlikdi. Qalan iki komanda isə “Atletik”lə “Rayo Valyekano”du. Basklar yaxşı tanıdığı məşqçiyə qovuşub. Ancaq Valverdenin dönüşdən sonrakı ilk mövsümü uğurlu olmadı. Onun əsas problemi Munyainlə dil tapa bilməməkdi. Uilyams qardaşları, Sanset və Quruseta çox çalışsa da, komandanı hədəfinə çatdıra bilmədi. “Rayo Valyekano” nəhənglərə “dişini göstərsə” də, ortabablar və zəiflər ilə oyunlarda çox xal itirdi.
Bu mövsüm İspaniyada ortababların sayı az idi. Biz öyrəşmişik ki, çempionatın sonuna 3-4 tur qalmış həm avrokuboklara vəsiqədən, həm də düşmə zonasından uzaq olan komandalar qrupu formalaşır. İspaniyada isə uzaqbaşı “Malyorka”nı bu qrup aid etmək olardı. 13-ü yeri tutan “Selta” son turda “Barsa”nı udmasaydı, elitadan gedə bilərdi. “Kadis”, “Xetafe” və “Valensiya” eyni xal topladı, ancaq “yarasalar”ın heyəti qətiyyən 16-cı yeri tutmağa əsas vermir.

Mövsümün bəxtsizlərinə gəlincə, artıq ilk dövrədən sonra “Elçe”nin düşəcəyi aydın idi. “Espanyol” da eyni taleyi yaşadı. Yalnız Xoselunun fədakarlığı hesabına elitada qalmaq çətindi. 3-cü uğursuz isə “Valyadolid”di. Klubun sahibinin Ronaldo olması belə heç nəyi dəyişmir. “Arılar” son turda elitada qalmaq vəzifəsinin öhdəsindən gələ bilərdilər, ancaq evdə “Xetafe”nin qapısına qol vurmaq mümkün olmadı. Halbuki əvvəlki ev oyununda “Barselona”nı 3:1 hesabıyla məğlub etmişdilər...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-06-2023, 19:0

İspaniya klubları avrokubokların finalında çox amansızdı!

Dünya futbolu

20-01-2023, 17:0

1/4 finalda Madrid derbisi

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

21-10-2022, 16:0

“Barselona” tarixində 3-cü dəfə bu rekorda imza atdı

Avropa Liqası

16-03-2023, 21:0

Avropa Liqası: “Fənərbaxça” cavab oyununda “Sevilya”dan revanş almağa çalışır - YENİLƏNİR

Aktual
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
Son xəbərlər
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 186
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 163
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə