Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı

2.06.2026 15:27 39
Dünya futbolu
''Qalatasaray'' ilə müqaviləsi başa çatan, sərbəst oyunçu statusuna keçən və gələcəyi böyük maraq doğuran Mauro İkardi ilə bağlı hər gün yeni xəbərlər çıxır.

Qərar verməkdə çətinlik çəkən və ''Cim-Bom''un təklifini qəbul etməkdə ciddi tərəddüd yaşayan argentinalı forvarda maraq göstərən klublardan biri ''River Pleyt'' idi.

Hər halda mətbuatda belə iddialar gəzirdi. Amma Argentina nəhəngi İkardiyə maraq göstərdiyini rəsmən təkzib edib. Klub prezidenti Stefano Di Karlo yerli nəşrlərdən birinə açıqlamasında İkardi ilə bağlı suala konkret cavab verib:

''İkardi hazırda bizim gündəmimizdə olan və haqqında fikir mübadiləsi apardığımız futbolçu deyil''.

''Qalatasaray''la ardıcıl 4 çempionluq yaşayan və klub tarixinin ən məhsuldar əcnəbi futbolçusu olan İkardinin qərarını camiədə hər kəs maraqla gözləyir.