İspaniya La Liqasında 2-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.
"Atletik" doğma meydanda "Valensiya"nı məğlub edib. "Atletiko" bu turda "Vilyarreal"ı qəbul edib. Görüş qonaqların qələbəsiylə başa çatıb.
Günün son matçında "Barselona" "Real Sosyedad"la üz-üzə gəlib. Görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
İspaniya La Liqası
2-ci tur
21 avqust
Atletik - Valensiya - 1:0
Qol: A.Berenqer, 42
Atletiko - Vilyarreal - 0:2
Qollar: Y.Pina, 73, G.Moreno, 90+7
Real Sosyedad - Barselona - 1:4
Qollar: A.İsak, 6 - R.Levandovski, 1, 68, O.Dembele, 66, A.Fati, 79