1/4 finalda Madrid derbisi

20.01.2023 17:35 271
Dünya futbolu
İspaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Football-plus.az xəbər verir ki, "Real" bu raundda "Atletiko" ilə qarşılaşacaq.

"Barselona" "Real Sosyedad"la, "Sevilya" isə "Osasuna" ilə üz-üzə gələcək. "Valensiya" isə "Atletik"i sınağa çəkəcək.

İspaniya Kuboku
1/4 final mərhələsi

Real - Atletiko
Osasuna - Sevilya
Valensiya - Atletik
Barselona - Real Sosyedad

Görüşlər 24,25 və 26 yanvarda baş tutacaq.