Dünya çempionatına qatılacaq yığmaların FİFA-ya iştirak ərizəsini təqdim etməsi üçün ayrılan vaxt dünən başa çatdı.
Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro da, nəhayət, yekun seçimini etdi. Təəssüf ki, onun seçimi azərbaycanlı azarkeşləri sevindirmədi. Kannavaronun heyətdən çıxardığı, daha dəqiqi, “26-lığ”a salmadığı futbolçulardan biri də Umarali Raxmonaliyev oldu. Halbuki “Sabah”ın yarımmüdafiəçisi Kannavaronun mayın 5-də açıqladığı 40 və mayın 24-də açıqladığı 30 nəfərlik siyahıda var idi.
Umarali DÇ-yə aparılmasa da, hər halda, Azərbaycan çempionatının bu turnirdə təmsilçisi olacaq. “Football-plus.az” daha əvvəl “Turan Tovuz”un müdafiəçisi Roderik Millerin Panama yığmasının yekun heyətinə salındığını xəbər vermişdi.
İSRAYIL XEYRULLAYEV