"Qəbələ" iki futbolçu ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rza Cəfərov və Sambu Sissoko ilə icarə müqaviləsinin müddəti başa çatıb və onlar məxsus olduqları klublarına qayıdıblar. Klub onlara göstərdikləri xidmətlərə görə təşəkkür edib.
Rza Cəfərov "Neftçi", Sambu Sissoko isə “Valensiyen” (Fransa) klubuna qayıdıb.
“Qəbələ” buna qədər İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da vidalaşıb.