Luka Modriçin dünya çempionatında iştirakla bağlı seriyası davam edir.
"Football-plus.az" xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi karyerasında 5-ci dəfə dünya çempionatında iştirak edəcək. 40 yaşlı futbolçu DÇ-2026 üçün milli komandanın yekun heyətinə daxil edilib. Modriç bundan əvvəl 2006, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında çıxış edib.
İndiyədək yalnız üç futbolçu dünya çempionatlarının yekun heyətinə Modriçdən daha çox - 6 dəfə düşüb. Onlar argentinalı Lionel Messi, portuqaliyalı Kriştiano Ronaldo və meksikalı Gilyermo Oçoadı.
Qeyd edək ki, Xorvatiya dünya çempionatının qrup mərhələsində İngiltərə, Panama və Qana ilə eyni qrupda mübarizə aparacaq.