“Şamaxı” yeni baş məşqçisinin adına aydınlıq gətirib.
"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi ilə aparılan danışıqlardan sonra tərəflər Azər Bağırovun təyinatı ilə bağlı razılıq əldə ediblər. Təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Beləliklə, Azər Bağırov qarşıdakı mövsümdən etibarən premyer-liqa təmsilçisinin "sükanı arxası"nda çalışacaq.
40 yaşlı məşqçi son olaraq “Kəpəz”ə rəhbərlik edib.