Azərbaycan – Macarıstan matçının hakimləri

3.06.2026 11:34 24
Ölkə futbolu
Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda keçiriləcək Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək:

Oyunun baş hakimi Vanya Yankoviç olacaq. Ona yan xətdə Staşa Şpur və Helena Buh köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandra Çesen yerinə yetirəcək.

İyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 18.00-da başlayacaq.