“Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya

2.06.2026 23:20 75
Ölkə futbolu / Premyer-liqa
Azərbaycan futbolunda həyəcan davam edir. Belə ki, “Turan Tovuz”un Konfrans Liqasında iştirakı sual altındadı. Buna səbəb kimi 2019-cu ildə qərb təmsilçisinin bir neçə futbolçusunun oyun alqı-satqısında ittiham olunması göstərilir.

Son iki gündə bu yöndə hansısa yenilik varmı? “Football-plus.az” olaraq, klubun mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq:

“Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq. Hələ ki futbolçular istirahətdədi. Klubdaxili iclasın olub-olmayacağı ilə bağlı bizə heç bir məlumat verilməyib”.

Qeyd edək ki, “Turan Tovuz” 32 ilkdən sonra avrokuboklarda iştirak etmək imkanına malikdi.

İSRAYIL XEYRULLAYEV