"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı, uğursuzluqdu. Bu vəziyyətə düşəcək komanda deyilik. Bilmədik ki, "Mingəçevir"ə qalib gəldiyimizə görə sevinək, ya üzülək..."
Bu sözləri "Football-plus.az"a sözügedən komandanın fanklubu "Red Black Army"nin rəhbəri Cavad Şərifli deyib. Azarkeş klubun baş məşqçi Kaxaber Sxadadzeylə yola davam etməsinə də münasibət bildirib:
"Bəli, onun komandada qalacağından xəbərdarıq. Baş məşqçi pley-off matçından əvvəl keçirilən iclasda bildirdi ki, növbəti mövsüm üçün transferlərə daha diqqətlə yanaşacaqlar, istədikləri komandanı formalaşdırmağa çalışacaqlar. Vaxt da var. Vədlərinə əmək etməsə, sözümüzün arxasındayıq. İnşallah, növbəti mövsüm uğurlu olarıq".
Xatırladaq ki, gürcüstanlı məşqçinin "qırmızı-qaralar"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR