Luis Enrike hələ ki liderdi

2.06.2026 19:32 25
Dünya futbolu
“Goal” portalı 2025/26 mövsümünün ən yaxşı baş məşqçilərinin yeni reytinqini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, siyahıya PSJ ilə mövsümü 5 kubokla başa vuran Luis Enrike başçılıq edir. Paris klubu onun rəhbərliyi altında ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. İkinci yeri “Arsenal”ı 2004-cü ildən sonra ilk dəfə İngiltərə çempionu edən Mikel Arteta tutur. İlk “3-lüy”ə “Bavariya”nı Almaniya çempionu edən Vensan Kompani də düşüb.

Mövsümünün ən yaxşı baş məşqçilərinin ilk “10-luğ”una Unay Emeri, Fransesk Fabreqas, Hans-Diter Flik, Kristian Kivu, Andoni İraola, Françesko Farioli və Pyer Saj da düşüblər.