• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək

Dünya futbolu

2-06-2026, 13:0

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu “TRT Spor kanalına diqqətçəkən açıqlamalar verib. O, yığmanın çalışdırıcısı Vinçentso Montella, eləcə də gündəmdə duran mövzular haqda danışıb.

* Yığma komandamızda çox gözəl ab-hava var. Gənc və mükəmməl bir nəslə sahibik. Komandada bu ab-havanı yaradan əsas şəxs Montelladı. Xalqımız adından ona təşəkkür edirəm. İnşallah, bundan sonra hələ 3-4 turnirdə də komandamızın başında yer alar. Montella həqiqətən də əla insandı. Bəzən təqnidlər də olur. Amma yaxşı gedən bir şey nə üçün tənqid olunsun ki?! Bizim bu vəzifədə qalıb-qalmamağımızdan asılı olmayaraq, Montellanın hələ uzun illər komandamızda çalışmasını istəyirəm.

* Montella əslində daha öncə işlədiyi bütün klublarda müqaviləyə “Roma”dan təklif gəlsə, ayrılacam” maddəsi saldırırdı. Federasiya ilə imzaladığı müqavilədə belə bir maddə yox idi. Sonra elə oldu ki, “Roma”dan təklif aldı. Bizim yanımıza gələrək “Roma”dan təklif var və illərdi gözlədiyim bir andı, dəyərləndirmək istəyirəm” dedi. Həmin vaxt iki pley-off matçımız var idi. Bizə “onsuz da pley-offda uğursuzluq olsa, məni qovacaqsız, ona görə də indidən ayrılım” dedi. Kapitanlarla bu məsələni müzakirə etdim. Sonra onu yanıma çağıraraq “bu vəzifədə olduğum müddətdə sən bu komandanın başında yer alacaqsan” dedim. Hətta illərdi arzusunda olduğu “Roma”nı belə geri çevirdi. Ona təşəkkür edirəm. Zatən artıq bizdən biridi. DÇ-dən sonra ona vətəndaşlıq da verəcəyik. Yeni adını özü seçəcək. Montellanın bizim gözümüzdə sonsuz limiti var.

* Mən əslində futboldan soyumuşdum. “Trabzonspor”un prezidentliyindən uzaqlaşandan sonra 10 dənə qurban kəsmişdim. Amma sonra qızım bir gün mənə “federasiya prezidenti ol və biz dünya çempionluğunu qazanaq” dedi. İnşallah, çempion olaraq vətənimizə dönəcəyik. Futbolçularımızda bunu bacaracaq potensial var. Bizim bu vəzifədə uzun illər oturmaq dərdimiz yoxdu! Bu kreslodan möhkəm yapışmamışıq. Ədalətli və əxlaqlı şəkildə bu ölkənin futboluna xidmət etmək istəyirik. Edə bilməsək, onsuz da bu vəzifədə qalmayacağıq. Ən böyük hədəfim Türkiyənin dünya çempionatına evsahibliyi etməsinə nail olmaqdı. Biz çox asanlıqla təkbaşına bu turnirə evsahibliyi etməyə qadirik!

* Türkiyədə yönəticilər, baş məşqçilər öz vəzifələrində qala bilmək üçün hər şey edirlər. Özü də bu, tək futbolda yox, başqa sahələrdə də var. İngiltərədə futbol verilişlərində bir oyun uzaqbaşı 5-10 dəqiqə müzakirə olunur. Halbuki orda yaşanan səhvlər bizim ölkədə olsa, yer yerindən oynayar. Bizdə isə oyunlar, epizodlar 2-3 saat müzakirə olunur! Hətta bizim rəsmi yayın kanalımız belə ayağı sürüşən hakim haqda danışarkən “bundan nə hakim olacaq? Ayaq üstə dayana bilmir” deyir. Bu artıq dövlətin məsələsidi. Futbolun marka dəyərini artırmaq istəyiriksə, bu mövzuda yeni bir qanun gəlməlidi. Çıxıb olmayan şeyi efirlərdə 2-3 saat müzakirə etmək futbolumuzun marka dəyərini artırmır.

* Hakimləri də hər il dəyişirik. Hətta UEFA da təəccübünü gizlədə bilmir. Bizdən “bunu necə edirsiz”, - deyə soruşurlar. Hakimlərin üçdəbiri ilə vidalaşmışıq. Amma bizə bu məsələdə dəstək olan bir dənə yönətici görmüsüzmü? Heç kim çıxıb “biz də dəstək olaq, bu iş düzəlsin” demir. Hamı yalnız özünü düşünür və öz xeyrini güdür. Hakimliyin düzəlməsi heç kimin marağında deyil. Bu məsələdə hərə özünü düşünsə, marka dəyəri qalmayacaq. Ona görə də bizim klubların Avropada uğur qazanmaq üçün ayırdığı büdcə ilə İngiltərədə aşağı liqaya yuvarlanan klubun aldığı pullar eynidi.

* Matçöncəsi mərasimlərdə bəzi dəyişikliklərə getmişik. Futbolçuların meydana pankartlarla çıxmasını yığışdırmışıq. UEFA və FİFA da bunu istəyirdi. Klublardan da bununla bağlı tələb gəlmişdi. Amma “İstiqlal Marşı”nın oxunulmasının ləğv olunması barədə iddialar tam yanlışdı. Bu xainlikdi. Bunu yalnız vətən xaini söyləyə bilər. Axı bunu etməyə kimin cürəti çatar? Ümumiyyətlə, bu məsələni gündəmə gətirənlərin türk olduğuna inanmıram.

* Legioner limiti haqda da bir-iki kəlmə demək istəyirəm. Biz bu limiti bu mövsüm açıqlamadıq. Futbol ictimaiyyətini yanlış yönəlirlər. Baş məşqçilər və yönəticilərə xatırlatmaq istəyirəm ki, “10+4” limitini 2024/25-dən açıqlamışıq. “12+4” ilə davam etsək, bütün dərdlər bitəcəkmi? İki əlavə əcnəbi futbolçu ilə bütün problemlərdən qurtulacaqsızmı? Klublar borc bataqlığında üzür. Türkiyədə futbolçu yoxdumu? Buyurun, gənclərə şans verin. Lamin Yamal neçə yaşda oynamağa başladı? Qarşımızda Arda Gülər, Kənan Yıldız örnəyi var. Gedib “işlənmiş material” gətirirsiz. Biz heç kimə limiti “12+4” edəcəyimizlə bağlı söz verməmişik. Heç kimlə belə söhbətimiz olmayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

1-04-2026, 14:0

Montellaya yeni müqavilə və vətəndaşlıq...

Dünya futbolu

14-11-2024, 22:0

TFF rəsmisi Montella və ''Roma'' xəbərləri ilə bağlı nə dedi?

Dünya futbolu

10-11-2024, 12:0

Montella vətəninə qayıda bilər

Dünya futbolu

4-04-2026, 16:0

İtaliyanı böhrandan kim çıxaracaq? - 3 namizəddən biri Montelladı!

Dünya futbolu

8-08-2024, 17:0

TFF-nin yeni rəhbərliyi Montellanın gələcəyi ilə bağlı qərar verdi

Dünya futbolu

25-09-2023, 18:0

Məşqçilər korpusunda yerlilərdən kim olacaq?

Aktual
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
Son xəbərlər
  • Bu gün, 19:18
    "Sabah" KuPS ilə üz-üzə - YENİLƏNİR
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə